Icma.az
close
up
RU
Azərbaycanda insan alverinə qarşı mübarizədə hüquqi və institusional çərçivə son illərdə ciddi şəkildə möhkəmləndirilib

Azərbaycanda insan alverinə qarşı mübarizədə hüquqi və institusional çərçivə son illərdə ciddi şəkildə möhkəmləndirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 may, AZƏRTAC

Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində hüquqi və institusional çərçivə son illər ərzində ciddi şəkildə möhkəmləndirilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc mayın 13-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı səsləndirib.

O xatırladıb ki, 2005-ci ildə qüvvəyə minmiş “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda istismarın bir sıra formaları qanunvericilik baxımından müəyyənləşdirilib: “Bunlara məcburi əmək və xidmət, cinsi istismar, köləlik və köləliyə bənzər adətlər, orqan və toxumaların qanunsuz çıxarılması, biotibbi tədqiqatların icazəsiz aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz və cinayətkar fəaliyyətə cəlb olunma və digər istismar növləri daxildir. Bu yanaşma insan alveri problemini yalnız bir aspektlə deyil, çoxşaxəli sosial, tibbi, hüquqi və psixoloji müstəvilərdə qiymətləndirməyə imkan verir”.

Komitə sədri vurğulayıb ki, insan alverinə qarşı mübarizə təkcə hüquq-mühafizə tədbiri kimi deyil, insan hüquqlarının müdafiəsi, sosial ədalət və hüquqi dövlət prinsipinin əsas elementlərindən biri kimi qiymətləndirilməlidir. O, Azərbaycanın bu istiqamətdə göstərdiyi səyləri beynəlxalq təcrübə ilə uzlaşdıraraq hüquq-mühafizə orqanlarının rolunu xüsusi olaraq qeyd edib.

Z.Oruc çıxışında Azərbaycanın təhlükəsizlik və ictimai sabitlik baxımından regionun aparıcı ölkələrindən biri olduğunu vurğulayıb. O, qeyd edib ki, bu sabitliyin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin hüquq-mühafizə orqanlarına göstərdiyi sistemli diqqət və dəstək mühüm rol oynayıb: “Hələ sovet dövründən başlayaraq Ulu Öndərin hüquq-mühafizə sistemində peşəkar kadrların yetişdirilməsi və dövlət idarəçiliyinin formalaşdırılması istiqamətində atdığı addımlar bu gün də öz nəticəsini verməkdədir”.

Komitə sədri, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev Ulu Öndərin bu sahədə qoyduğu xətti davam etdirərək hüquq-mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin modernləşdirilməsi və imkanlarının genişləndirilməsi üçün ardıcıl islahatlar həyata keçirir. Polis orqanları təkcə daxili təhlükəsizliyin təminatçısı kimi deyil, həm də ölkənin ərazi bütövlüyü uğrunda aparılan mübarizədə, o cümlədən İkinci Qarabağ müharibəsində mühüm rol oynayıb. Müharibə zamanı 66 polis əməkdaşının şəhid olması, 346 nəfərin yaralanması, 1400 nəfərə müxtəlif mükafatların verilməsi və 4 nəfərin Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülməsi bu xidmətlərin bariz göstəricisidir.

Zahid Oruc çıxışında bəzi xarici media qurumlarının və onların siyasi sifarişçilərinin hüquq-mühafizə orqanlarının nüfuzunu hədəfə alaraq dövlət-polis-cəmiyyət münasibətlərini pozmağa yönəlmiş cəhdlərini də qınayıb. O, belə təşəbbüslərin Azərbaycanın Ermənistan üzərində əldə etdiyi hərbi və siyasi qələbəni gözdən salmağa yönəldiyini qeyd edərək bu cür təxribatların qarşısının hüquqi və informasiya sahəsində ardıcıl şəkildə alınacağını vurğulayıb.

Bildirilib ki, insan alverinə qarşı mübarizədə qanunvericilik aktlarının təkmilləşdirilməsi, cəmiyyətin maarifləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və institusional resursların davamlı olaraq artırılması əsas prioritetlər sırasında qalmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri