“İnsan hüquqları dövlətin təminatçılığı ilə həyata keçirilir” Vəfaddin İbayev
Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İnsan hüquqları subyektiv mənada milli və beynəlxalq hüquq normalarında nəzərdə tutulan konkret şəxsə mənsub olan hüquqauyğun fəaliyyət, əməl və davranış imkanıdır”.
Sfera.az xəbər verir ki, bu fikirləri Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev aprelin 22-də keçirilən məlumat sessiyasında səsləndirib.
“Bu hüquqlardan istifadə etmək, öz hüquqlarını reallaşdırmaq insanın özündən asılı olmalı, dövlət isə həmin hüquqların həyata keçirilməsinin təminatçısı kimi çıxış etməlidir”, - deyə V.İbayev qeyd edib.
V.İbayev çıxışında qeyd edib ki, insan hüquqları yalnız dövlətin idarə olunmasında iştirak hüququ ilə məhdudlaşmır, eyni zamanda şəxsi həyat sahəsində özünütəyinetmə, əqidə və mülkiyyətə münasibət kimi fundamental azadlıqları da əhatə edir. O bildirib ki, hüquqi dövlətin yetkinliyi və inkişaf səviyyəsi birbaşa insan hüquqlarının vəziyyəti, bu hüquqların həcmi və onların təminat mexanizmlərindən asılıdır.
Tədbir çərçivəsində beynəlxalq hüquqi mexanizmlərin və konvensiyaların milli qanunvericiliyə inteqrasiyası məsələsi də müzakirə olunub. V.İbayev xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə uyğun olaraq, konstitusiyada təsbit edilən hüquqlar beynəlxalq müqavilələrə əsasən tətbiq olunmalıdır və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi günümüzün əsas tələblərindən biridir.
Bəsti Rəfizadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 22 Aprel 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















