Icma.az
close
up
RU
“Demokratiya və İnsan Hüquqları” Komitəsi yeni layihə həyata keçirir

“Demokratiya və İnsan Hüquqları” Komitəsi yeni layihə həyata keçirir

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Demokratiya və İnsan Hüquqları” Komitəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkomaniyanın erkən aşkarlanması və profilaktikası” adlı layihəni həyata keçirir. Layihənin icra müddəti 3 ayı əhatə edir və Şamaxı, Şirvan, Hacıqabul, Şabran, Xaçmaz və Quba rayonlarında reallaşdırılacaqdır.

“Cebheinfo.az” QHT.az-a istinadən xəbər verir ki, layihənin əsas məqsədi pedaqoji kollektivin – müəllimlərin və məktəb psixoloqlarının – narkotik vasitələrin orqanizmə tibbi zərərləri barədə məlumatlandırılması, həmçinin yeniyetmə və gənclər arasında narkotik vasitələrdən istifadə hallarının erkən aşkar edilməsi və profilaktik tədbirlərin təşkili vasitəsilə narkomaniyaya qarşı mübarizənin gücləndirilməsidir. Layihə çərçivəsində adı çəkilən rayonlarda 6 tədbir keçiriləcək və ümumilikdə 120 nəfər (hər qrupda 20 nəfər olmaqla 6 qrup) iştirak edəcəkdir. Tədbirlərdə məktəb pedaqoji kollektivinin nümayəndələri – məktəb direktorları, təlim-tərbiyə üzrə müavinlər, məktəb psixoloqları və müəllimlər – iştirak edəcək.

Tədbirlər həkim-narkoloq tərəfindən aparılacaq və maarifləndirmə, müzakirələr, kiçik qruplarda iş formatında təşkil olunacaqdır. Həkim-narkoloq narkomaniyanın tibbi fəsadları, narkotik maddələrin ilkin istifadəsi zamanı baş verən dəyişikliklər, erkən müdaxilə və ilkin profilaktika barədə ətraflı məlumat verəcək.

Tədbirlərdə aşağıdakı mövzular əhatə olunacaq:

Narkotik vasitələrin növləri və onlarla bağlı məlumat.

İnsanların narkomaniya adlanan tələyə necə düşməsi.

Narkotik asılılığının yaranma səbəbləri.

Narkomaniyanın törətdiyi fəsadlar.

Narkomaniyaya qarşı mübarizə yolları.

Narkomaniyadan əziyyət çəkənlərin xilası.

Narkomaniyanın yeni istifadəçilərinin müəyyən edilməsi və ilkin profilaktik müdaxilənin formaları.

Narkoloji testlər barədə məlumat.

Tədbir zamanı müzakirələr üçün şərait yaradılacaq, iştirakçıların sualları cavablandırılacaq və çıxış yollarının tapılması istiqamətində təşəbbüslər göstəriləcəkdir. Dörd kiçik qrup yaradılacaq, hər bir qrupa 3 sual veriləcək və qruplar birgə işləyərək təqdimatlar hazırlayacaqlar.

Gözlənilən nəticələr:

120 nəfər iştirakçı (yeniyetmə və gənclərlə işləyən müəllimlər və psixoloqlar) narkomaniyanın tibbi fəsadları, ilkin istifadə zamanı baş verən dəyişikliklər və ilkin profilaktik müdaxilə barədə məlumatlanacaqlar;

Yeniyetmə və gənclərlə işləyən qurumların nümayəndələri narkomaniyaya qarşı mübarizə məqsədi ilə müzakirələr aparacaq və çıxış yollarını tapmağa çalışacaqlar, onların arasında gələcək əməkdaşlıq üçün imkanlar yaranacaqdır;

Pedaqoqlar gələcək fəaliyyətlərində əldə etdikləri bilikləri tətbiq edəcəklər;

İştirakçılar tədbirdə öyrəndikləri məlumatları ətrafdakı insanlarla bölüşərək problemin ictimailəşməsinə töhfə verəcəklər.

“Cebheinfo.az” 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyun 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see143

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see139

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see131

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see130

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri