Icma.az
close
up
RU
İnsan hüquqları toxunulmazdır, ədalətin əsasıdır

İnsan hüquqları toxunulmazdır, ədalətin əsasıdır

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Həyatın ən böyük dərsi ondan ibarətdir ki, bəzən axmaqlar da haqlı sayılırlar. 

Uinston Çörçill

Son vaxtlar müvafiq icra hakimiyyəti orqanları və ya Bələdiyyələrin razılığı əsasında yaşayış üçün özəl mənzillər inşa edib yaşayan, lakin çıxarışı (kupçası) olmayan şəxslərə Azəriqaz tərəfindən qaz çəkilişinə məhdudiyyətlərin qoyulması ictimai ikrah və narahatlıqla qarşılanır.

1995-ci il noyabrın 12-də qəbul olunan ölkə Konstitutsiyası Azərbaycan Xalqının çoxəsrlik dövlətçilik ənənələrinə sadiq qalaraq keçmiş, indiki və gələcək nəsillər qarşısında ədalətli, iqtisadi və sosial qaydalara uyğun hamının (bütün Azərbaycan vətəndaşlarının) layiqli həyat səviyyəsinin təmin edilməsini ümumxalq niyyəti kimi bəyan edilir.

İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malikdir və bu hüquqlar izahata ehtiyac duyulmadan hamıya şamil edilməlidir. Hər bir insan onun baxışlarından, sosial mənşəyindən, mülkiyyətindən, doğum və başqa hallardan asılı olmayaraq, təmin olunmalı insan haqlarına malikdir.

Digər məsələ işsiz şəxslərə ünvanlanan sosial yardım ilə bağlıdır. İşdən çıxarılan şəxslər işlədikləri müəssisələr tərəfindən 2-3 aylıq əməkhaqqı həcmindənkompensasiya, dövlət tərəfindən də işsizlikdən sığorta ödənişi ala bilərlər. İşdən çıxan və ixtisara düşən şəxslər DOST mərkəzinə müraciət etməklə qeydiyyata alınır və ilkin olaraq 6 ay müddətinə ödənişlə təmin olunurlar. Müddət 9 aya qədər uzadıla bilər. Minimum ödəniş təxminən 400 man məbləğindədir. Himayəsində olan uşaqların sayına görə (hər uşağa 20 man) əlavə ödəniş mümkün hesab edilir. Dost xidmətləri vətəndaşlara ixtisasına və bacarığına uyğun iş tapmaq, vakansiyalar barədə məlumat vermək imkanları da verir. Amma hər iki məsələdə hüquqi və demokratik dövlətin ali məqsədinə zidd olan hüquqi məqamlar var.

Mahiyyət etibarı ilə Azərbaycan Respublikasının Konstitutsiyasında bəyan edilən xalqın niyyətləri, dövlətin 12-ci maddəsində təsbit edilən ali məqsədi ilə üst-üstə düşür. Dövlət üzərinə götürdüyü öz vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etməyi əsas vəzifəsi kimi, heç bir maneə olmadan orqanları vasitəsi ilə yerinə yetirilməlidir.

Diqqət çəkən insan və vətəndaşların hüquq və azadlıqları sırasında Yaşamaq hüququ (27m.), insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi (26m.), Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir – (26m.), Sosial təminat hüququ (38m), Vətəndaşlıq hüququ (52m.) və.s . 52-ci maddəyə görə yalnız Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olanlar Azərbaycan Respublikasının vətəndaşı sayılır.

Konstitutsiyanın 68-ci maddəsi – özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququna görə hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edir. Həmin maddənin IV hissəsi - Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərkətsizlikləri nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə məsuliyyət daşımasını imperativləşdirir.

Konstitutsiyanın 71-ci  maddəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatını hamının diqqətinə görk olaraq çatdırır: Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu kimi vurğulanır. Bu hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz! 71 ci maddənin VII hissəsində deyilir: İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.  Bu maddə dövlətin iki vəzifəsini müəyyən edir: Hüquq və azadlıqlara əməl etmək; Hüquq və azadlıqları müdafiə etmək. Yəni, dövlət orqanları qəbul etdiyi qərarlarla vətəndaşların hüquq və azadlıqlarını – qazdan, sudan, ışıqdan istifadəni, avtonəqliyyat vasitələrini park etmək hüququnu məhdudlaşdıra bilməz! Vətəndaşların vəziyyəti belə qərarların qəbulu ilə pisləşirsə, Konstitutsiyaya zidd sayılmalıdır. Belə məhdudiyyətlər – qadağalar yalnız, məhkəmələrin qanuni qüvvəyə minmiş aktı ilə mümkün ola bilər. (Azəriqaz, Azərsu, Azərişıq, Azparking və.s) qəbul etdiyi normativ-hüquqi aktlarda (kollegiya qərarlarında) və bu normaların tətbiqi zamanı pozula bilməz.

Azərbaycan dövlətinə mənsub olan vətəndaşın dövləti ilə siyasi və hüquqi bağlılığı olduğundan yaşadığı (hətta qanunsuz tikilmiş evdə belə) mənzilində qazdan, ışıqdan və sudan istifadəyə avtomobilini park etməyə “məhkumdur”. Dükan və bazarlar, apteklər yol kənarında inşa edilib. Avtomobili park edib, dükana aptekə daxil nəyi isə almaq üçün “park pulu” niyə verilməlidir? Bəzən bir çörəyin qiyməti 30 AZN başa gəlir. AYNA-nın tətbiq etdiyi cərimələr sui-istifadədir! Bu onun konstitusion hüququdur.  Hakimiyyətin üç qolunun – Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının belə dəyərləri gözləmək və qorumaq borcu sayılırsa, digər mərkəzi icra hakmiyyəti orqanlarının “Ali məqsədi”nə çevirməlidir. Qeyd etdiyim kimi belə mübahisələrə məhkəmələr baxır.

 İohan Volfranq Hötenin belə bir fikri diqqətimi çəkir. “Təbiət zarafatı sevmir, o həmişə doğru, həmişə sərt və ciddidir, həmişə haqlıdır. Səhvlər və yanılmalar insanlardan gəlir”. Bu mənada xalqa qarşı səhv etməyək, yanılmayaq, xalq həmişə haqlı və doğrudur, zarafatı sevmir. Ona görə də, hakimiyyətin mənbəyi xalq, onun vahidliyi isə dövlətin təməlini təşkil edir- Konstitutsion müddəanın qarşısında təzim edək!

Sadəlövh məmurların vətəndaşların qazdan, sudan və elektrik enerjisindən istifadəyə imkan verməməsi özbaşınalıqdır (68m.), məsuliyyət yaradır.

Hətta insanların və vətəndaşların əsas hüquq və azadlıqları ilə bağlı müddəaların məhdudlaşdırılması barədə təkliflər belə referenduma çıxarıla bilməz, yəni belə bəşəri dəyərlərin dəyişdirilməsinə təkliflərin edilməsi təşəbbüsünü Konstitutsiya məhdudlaşdırır. (Konstitutsiyanın 155-ci mad.)Yalnız müharibə və hərbi vəziyyət elan olunduqda hüquq və azadlıqlar qismən məhdudlaşdırıla bilər.

Cinayət hüquq qanunvericiliyinin tələbləri çərçivəsində yanaşıldıqda, - fiziki və hüquqi şəxslərin hüquqlarına zidd davranmaq qulluq  mənafeyi əleyhinə olan cinayət əməli kimi dəyərləndirmək olar.
 

Azərbaycan Respublikasının Konstitutsiyası ölkədə ən yüksək hüquqi və birbaşa qüvvəyə malikdir. O qanunvericilik sisteminin əsasını təşkil edir. Konstitutsiya “Yüksək hüquqi qüvvəyə malikdir”- ifadəsi onun Azərbaycan Respublikası ərazisində qüvvədə olan digər normativ-hüquqi aktlardan (NK-nin qərarlarından, RİH-nin qəbul etdikləri aktlardan, Azəriqazın, Azərsu, Azparking və Azərenerjinin qəbul etdiyi aktlardan) üstünlüyünü təsdiq edir. Məhz, bu üstün mövqe qanunların və qanunqüvvəli aktların Konstitutsiyaya zidd olmamasını şərtləndirir.

Diqqət çəkən və heç bir normativ hüquqi akta aid olmayan üstün faktor Möhtərəm Prezidentin and içmə mərasimi zamanı Konstitutsiyanın Qurani Kərimlə bir masaya qoyulması onun müqəddəs kitabla bərabər tutulmasını təsdiqləyir, orada Azərbaycan xalqının ruhu, iradə ifadəsi var, - ona görə!
Qeyd etdiklərim Konstitutsiyaya uyğun subyektiv şərhim idi. Hamımıza vicdanlı davranış arzusu ilə...                                                                                                                      
Şəmsəddin Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 May 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri