Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

İnsan hüquqlarının müdafiəsi istiqamətində qanunvericilik bazası formalaşdırılıb

İnsan hüquqlarının müdafiəsi istiqamətində qanunvericilik bazası formalaşdırılıb

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Masahibimiz Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin üzvü Sevil Mikayılovadır

-Sevil xanım, Azərbaycan Respublikası Konstitusiyasının əhəmiyyətli bir hissəsi birbaşa insan hüquq və azadlıqlarına həsr olunub. Sizcə, mövcud qanunvericilik bazamız və hüquqi mexanizmlərimiz insan hüquqlarının tam və səmərəli qorunması üçün kifayətdirmi, yoxsa müasir dövrün tələblərinə uyğun olaraq yeni islahatlara ehtiyac var?

–Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədlərindən biri kimi müəyyən edir. Konstitusiyada yaşamaq, bərabərlik, söz və fikir azadlığı, mülkiyyət, təhsil, əmək, sosial təminat və digər fundamental hüquqlar öz əksini tapıb. Bununla yanaşı, ölkədə insan hüquqlarının müdafiəsi istiqamətində qanunvericilik bazası formalaşdırılıb və bu sahədə müxtəlif hüquqi mexanizmlər mövcuddur. Lakin hüquq canlı bir sistemdir və cəmiyyət inkişaf etdikcə yeni münasibətlər, yeni çağırışlar ortaya çıxır. Bu baxımdan, heç bir ölkədə hüquqi sistem “tam başa çatmış” hesab edilə bilməz. Texnologiyaların inkişafı, rəqəmsallaşma, süni intellektin tətbiqi, şəxsi məlumatların qorunması, internet mühitində hüquqların müdafiəsi kimi yeni məsələlər qanunvericiliyin daim yenilənməsini zəruri edir.

Əsas məsələ yalnız yeni qanunların qəbul olunması deyil, mövcud qanunların effektiv tətbiqi, vətəndaşların hüquqi müdafiə vasitələrinə əlçatanlığının artırılması və hüquqi institutların fəaliyyətinin daim təkmilləşdirilməsidir. Bu baxımdan, müasir dövrün tələblərinə uyğun davamlı hüquqi islahatlar hər bir cəmiyyət üçün təbii və vacib prosesdir.

-Ölkədə hüquqi maarifləndirmənin və hüquq mədəniyyətinin səviyyəsini necə qiymətləndirirsiniz?

–Hüquqların qanunlarda təsbit olunması qədər vətəndaşların həmin hüquqlardan xəbərdar olması da böyük əhəmiyyət daşıyır. Çünki insan öz hüquqlarını bilmədiyi halda onları qorumaq və ya qanuni şəkildə tələb etmək imkanları da məhdudlaşır. Son illər dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, media və hüquqşünaslar tərəfindən hüquqi maarifləndirmə istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Xüsusilə internet və sosial şəbəkələrin inkişafı hüquqi biliklərin daha geniş auditoriyaya çatdırılmasına yeni imkanlar yaradıb. Bununla belə, cəmiyyətin bütün təbəqələrində hüquqi savadlılığın eyni səviyyədə olduğunu demək çətindir. Bir çox vətəndaş əmək hüquqları, istehlakçı hüquqları, sosial təminat, ailə münasibətləri, əmlak və miras məsələləri kimi gündəlik həyatda qarşılaşdığı hüquqi məsələlər barədə kifayət qədər məlumatlı deyil.

Düşünürəm ki, hüquqi mədəniyyətin yüksəldilməsi üçün bu mövzuların məktəb proqramlarında daha geniş tədrisi, KİV-də daha çox maarifləndirici layihələrin hazırlanması və hüquqi məsləhət xidmətlərinə əlçatanlığın artırılması vacibdir. Hüquqi cəmiyyətin formalaşması təkcə hüquqşünasların deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir.

-İnsan hüquqlarının qorunmasında medianın rolu nədən ibarətdir?

–Media cəmiyyət ilə hüquqi institutlar arasında mühüm körpü rolunu oynayır. Jurnalistika yalnız baş vermiş hadisələri ictimaiyyətə çatdırmaqla kifayətlənmir, eyni zamanda insanların öz hüquqları barədə məlumatlandırılmasına, sosial problemlərin gündəmə gətirilməsinə və ictimai nəzarətin formalaşmasına xidmət edir.

Xüsusilə müasir dövrdə sosial media platformaları hüquqi maarifləndirmə üçün geniş imkanlar açır. Sadə və anlaşılan dildə hazırlanan hüquqi məlumatlar insanların gündəlik problemlərinin həllinə kömək edə bilər.

-“Müasir dünyada kibercinayətkarlıq, şəxsi məlumatların toxunulmazlığı və rəqəmsal hüquqlar kimi yeni anlayışlar yaranıb. Azərbaycan rəqəmsal məkanda insan hüquqlarının qorunması çağırışlarına nə dərəcədə hazırdır?”

–Rəqəmsallaşma insan həyatının ayrılmaz hissəsinə çevrildikcə hüquq sistemi qarşısında da yeni vəzifələr yaranır. Artıq insan hüquqlarının müdafiəsi yalnız fiziki mühitdə deyil, eyni zamanda rəqəmsal platformalarda da təmin edilməlidir. Azərbaycanda elektron xidmətlərin genişlənməsi, rəqəmsal transformasiya və şəxsi məlumatların qorunması sahəsində hüquqi mexanizmlərin yaradılması bu istiqamətdə atılan mühüm addımlardandır. Eyni zamanda kibertəhlükəsizlik məsələləri dövlət səviyyəsində də prioritet mövzulardan birinə çevrilib. Ancaq texnologiyalar çox sürətlə inkişaf edir və kibercinayətkarların istifadə etdiyi üsullar da daim dəyişir. Buna görə yalnız hüquqi bazanın mövcud olması kifayət etmir. Vətəndaşların rəqəmsal savadlılığının artırılması, şəxsi məlumatların internetdə qorunması ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi, həmçinin dövlət qurumları və özəl sektor arasında əməkdaşlığın inkişaf etdirilməsi vacibdir.

Gələcəkdə süni intellekt, böyük məlumat bazaları və avtomatlaşdırılmış qərar qəbuletmə sistemlərinin geniş yayılması yeni hüquqi və etik suallar yaradacaq. Bu səbəbdən rəqəmsal hüquqlar sahəsində çevik və qabaqlayıcı yanaşmanın tətbiqi mühüm əhəmiyyət daşıyır.

Bu istiqamətdə son dövrlərdə qanunvericilik səviyyəsində də yeni addımlar atılır. Xüsusilə sosial şəbəkələrdən istifadənin tənzimlənməsi, uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə qorunması ilə bağlı qəbul olunan yeni hüquqi mexanizmlər diqqət çəkir. Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkələrdə hesab yaradılması üçün minimum yaş həddinin müəyyənləşdirilməsi təşəbbüsü uşaqların zərərli məzmun, kibertəzyiq, şəxsi məlumatların qanunsuz istifadəsi və digər rəqəmsal risklərdən qorunmasına xidmət edir. Bu yanaşma göstərir ki, insan hüquqlarının müdafiəsi artıq yalnız ənənəvi hüquqi müstəvidə deyil, həm də rəqəmsal platformalarda təhlükəsiz və məsuliyyətli iştirakın təmin edilməsi kontekstində nəzərdən keçirilir.

-Gənc nəslin hüquqi şüurunun formalaşdırılması üçün hansı addımlar atılmalıdır?

–Hüquqi şüur ailədə formalaşmağa başlasa da, təhsil sistemi burada həlledici rol oynayır. Gənclər yalnız qanunları əzbərləməməli, həm də hüquq və məsuliyyət anlayışlarını, vətəndaşlıq mədəniyyətini və qanunun aliliyinin əhəmiyyətini anlamalıdırlar.

Bunun üçün məktəblərdə praktik hüquqi biliklərin artırılması, debatların, simulyasiya edilmiş məhkəmə proseslərinin, maarifləndirici layihələrin keçirilməsi və gənclərin hüquq mütəxəssisləri ilə daha sıx ünsiyyətinin qurulması faydalı ola bilər.

–Sevil xanım, müsahibəyə görə, təşəkkür edirik. 

Müsahibəni apardı:

Müşfiq MİRZƏ

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see434

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see327

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see325

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see304

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see298

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see284

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see282

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see272

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see253

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see237

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see232

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see215

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see214

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see205

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see199

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see191

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see191

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see186

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri