BMT: Qlobal kataklizmlər fonunda insan hüquqlarının müdafiəsi çətinləşir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 6 fevral, AZƏRTAC
BMT-nin insan hüquqları üzrə Ali komissarı Folker Türk cümə axşamı günü bildirib ki, Cenevrədəki ofisinin (OHCHR) əvvəlki rejimdə fəaliyyətini davam etdirməsi üçün 400 milyon dollar vəsait tələb olunur. O, üzv dövlətlərə xəbərdarlıq edib ki, böhranlar artdıqca dünya getdikcə pisləşən insan hüquqları sistemini təmin edə bilməyəcək. “Münaqişə və sülh dövründə biz istismar olunanlar üçün xilasedici, susdurulan insanların səsi, başqalarının hüquqlarını müdafiə etmək naminə hər şeyini riskə atanların möhkəm müttəfiqiyik”, -deyə Ali komissar vurğulayıb.
AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, ötən il BMT-nin 87 ölkədəki insan hüquqları üzrə əməkdaşları 1300-dən çox məhkəmə prosesini müşahidə edib, 67 min işgəncə qurbanını dəstəkləyib, on minlərlə insan hüquqlarının pozulması faktını sənədləşdirib və 4 mindən çox insanın həbsdən azad edilməsinə töhfə veriblər. Onlar, həmçinin dünyada baş verən 21 silahlı münaqişədə mülki itkiləri sənədləşdirib, risk təhlili və erkən xəbərdarlıq vasitəsilə humanitar təşkilatları məlumatlandırıblar.
Ali komissar, həmçinin bərabərsizliklərin aradan qaldırılmasının, iqtisadi və sosial hüquqlara hörmətin sülh və sabitlik üçün vacib olduğunu vurğulayıb. O əlavə edib: “İnsan hüquqları iqtisadiyyatların təcrid olunmanı dərinləşdirmək və qeyri-sabitlik yaratmaq əvəzinə, hər kəs üçün işləməsini təmin edir”. OHCHR 2025-ci ildə 35-dən çox hökumətlə işləyib, onlara bütün iqtisadi siyasətləri insan hüquqları ilə uyğunlaşdırmağa kömək edib.
F.Türk BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının 2025-ci il büdcəsinə töhfə verən 113 maliyyə tərəfdaşına - hökumətlər, çoxtərəfli donorlar və özəl qurumlara təşəkkür edib. Lakin qeyd edib ki, onun rəhbərlik etdiyi qurum hazırda maliyyə çatışmazlığı fonunda və gərgin iş rejimində fəaliyyət göstərir. Belə ki, OHCHR 17 ölkədəki fəaliyyətini azaldıb, təhlükə və təhdid altında olan və ya marjinallaşdırılmış icmalar üçün vacib olan proqramları ləğv edib, 2000 işçidən təxminən 300-ü işdən çıxarılıb.
BMT Baş Assambleyası üzv dövlətlərin qiymətləndirilmiş töhfələrinə əsaslanaraq, 2026-cı ildə OHCHR-in 224,3 milyon dollarlıq müntəzəm büdcəni təsdiqləyib. Bu məbləğ 2025-ci illə müqayisədə 10 faiz azdır. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı əlavə 400 milyon dollar könüllü ianələr tələb edir.
“İnsan hüquqlarının müdafiəsi fəaliyyəti gözləyə bilməz, bu səbəbdən daha çox təyinatsız və təcili ianələrə ehtiyacımız var”, - deyə F.Türk bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 06 Fevral 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















