Icma.az
close
up
RU
İnsan kəlləsindən düzəlmiş məbəd FOTOLENT

İnsan kəlləsindən düzəlmiş məbəd FOTOLENT

Icma.az, News24 saytına istinadən bildirir.

Lap qədim dövrlərdən dünyanın hər tərəfində müxtəlif dinlərin müqəddəs mərkəzləri kimi inşa edilmiş qeyri-adi məbədlər günümüzə qədər yaşamaqdadır.  

Şumer memarlığına aid zikkuratlardan tutmuş, müxtəlif inancların yuvası olan hind məbədlərini, Avropada qotik üslubunun möhtəşəm nümunələrini bu sıraya aid etmək olar. Bu yazımızda dünyanın ən maraqlı və sirli dini abidələrindən üçü haqqında məlumat verəcəyik. 

Taylandı qoruyan “Əjdaha” məbədi 

“Əjdaha Məbədi” adı ilə məşhur olan bu qeyri-adi quruluşa malik tikili Banqkokdan 40 km məsafədə, Nakhon Pathom əyalətində yerləşir. Uzun müddət bağlı saxlanılan məbəd 1985-ci ildən ziyarətçilərin üzünə açıqdır. “Əjdaha məbədi” görünüşcə  heç də ənənəvi Buddist ziyarətgahlarına bənzəmir.

Taylandın bu müqəddəs məkanı 17 mərtəbədən ibarət çəhrayı rəngli silindrik binadır. Hündürlüyü 80 metrdir. Bu rəqəm Buddanın 80 yaşında dünyanı tərk etməsinə işarədir. 17 mərtəbə isə 17 səma sferasını simvollaşdırır. Məbədin içərisində də spiralvarı pilləkənlər var. Dekorativ aksessuarlara gəlincə, məbəd əsasən, buddist üslublu heykəllərlə bəzədilib. 

Məbədi dünyada məşhur edən ən önəmli detal binanın fasadına dolanmış nəhəng əjdaha fiqurudur. Ümumiyyətlə, Şərq xalqlarının mədəni irsində əjdaha simvolu böyük əhəmiyyət daşıyır. Əjdahanın burada üzüyuxarı məbədə dolanan bədəni insanın cəhənnəmdən cənnətə, kədərdən səmavi səadətə gedən yolunu simvolizə edir. Buddist əfsanələrindən birində deyilir ki, Budda nəfsin simvolu olan nəhəng əjdaha ilə döyüşüb ona qalib gəlir. Bundan sonra əjdaha ram olaraq insana çevrilir və ömrünün axırına kimi buddist məbədində rahiblik edir. Əjdaha məbədini hər il yüz minlərlə insan ziyarət edir. 

Hindistanın “müqəddəs” siçovulları 

Məlum olduğu kimi Hindistan ilk dinlərin, qədim fəlsəfi təlimlərin yarandığı geniş coğrafiyadır. Bu səbəbdən Hindistan ərazisində saysız-hesabsız memarlıq abidələri,  dini məkanlar mövcuddur. Belə qeyri-adi qədim abidələrdən biri də Racastan ştatının Deşkon şəhərindəki “Karni Mata” hindu məbədidir. Məbədin tarixi 16-cı əsrə gedib çıxır. Əslində bu bina memarlıq üslubu baxımından Hindistandakı bir çox dini tikililərdən o qədər də fərqlənmir. Lakin bu məkanın olduqca əcaib bir özəlliyi var. Belə ki, məbəddə 20 minə yaxın siçovul yaşayır. Bütün dünyadan turistləri bu məbədə cəlb edən də məhz, buranın siçovullarıdır. Ona görə də “Karni Mata” daha  çox “Siçovul Məbədi”adı ilə tanınır. 

“Karni Mata” məbədi müqəddəs hindu abidəsidir. Hind mifologiyasına görə mistik qüvvəyə sahib Karninin oğlu Lakhan göldə boğulur. Karni ölüm tanrısı Yamadan uşağı həyata qaytarmağı xahiş edir. Tanrı Yama rahibin bu istəyini yerinə yetirmir. Əfsanəyə görə Karni Mata  Lakhanın nəslindən olan insanlara tanrı Yamanın məbədinə getməyi qadağan edir və oğlunun şəninə həmin məbədi ucaldır. Karni Mata öz oğlu Lakhanın və onun nəslindən olanların öldükdən sonra siçovul şəklində yenidən doğulacağını müjdələyir. Bu səbəbdən həmin məbəddə yaşayan siçovullar müqəddəs Karni Mata nəslinin ruhlarının daşıyıcıları hesab olunur. 

Bu, məbəd əhvalatının mifik izahıdır. Məsələnin real tərəfi isə ondan ibarətdir ki, “Karni Mata”nı ziyarətə gələnlər ölənlərin ruhunu şad etmək üçün içəriyə müxtəlif növ yemək qoyub gedirlərmiş. Buna görə də binaya siçovullar dadanır. “Karni Mata” inancına sahib hindlilərin fikrincə, həmin kastanın nümayəndələri ölümdən sonra dünyaya növbəti dəfə siçovul kimi (reinkarnasiya) gəlir, siçovul ömrünü yaşayıb öldükdən sonra isə yenidən insan kimi doğulmaq şansı qazanırlar. 

Beləliklə, bu inanca görə minlərlə siçovul (onlar kabba adlanır) məbəddə ziyarətgahın işçiləri tərəfindən qorunur. Gəmiricilər məbəd kompleksinin içində və həyətində sərbəst gəzişirlər. Məbəd xidmətçiləri onları əsasən süd, taxıl, müxtəlif meyvə və tərəvəzlə yemləyirlər. 

Məbəd siçovulları dünyanın hər yerindən bu qeyri-adi tamaşaya baxmaq üçün gələn çoxsaylı zəvvarlara və turistlərə tam öyrəşiblər. Onlar hətta insanların qucağına hoppanır, çiyinlərinə  dırmaşırlar. Məbəddə hansısa turistin təsadüfən ayaqlayaraq siçovul öldürməsi ən pis hadisə sayılır. Bu halda həmin turist məbədə ölən siçovul formasında və ölçüsündə qızıl siçovul bağışlamalıdı. Turist nəzərdə tutulan qızılı vermədiyi təqdirdə bir də heç vaxt məbədə buraxılmır. 

Skeletlər kilsəsi, insan sümüklərindən dekorlar  

Özünün qeyri-adi eksponatları ilə görənləri dəhşətə  gətirən bu unikal məbəd Çexiyada yerləşir. “Sümük kilsəsi” kimi tanınan “Müqəddəslər kilsəsi”ni psixikası zəif olanların ziyarət etməsi məsləhət görülmür. 

Yerli qəbiristanlıqda yerləşən, qotik üslubunda ucaldılmış bu  gözəl bina kənardan heç də qeyri-adi görünmür.  Ancaq kilsənin içərisi ölmüş insan skeletləri, insan kəllələri və müxtəlif əza sümükləri ilə “bəzədilib”. Bu qorxunc kilsənin içərisində təxminən 60 minə yaxın insan əzasının qalıqları nümayiş etdirilir. Ən dəhşətlisi isə budur ki, məbədin içərisindəki çilçıraqlar, şamdanlar, çanaqlar, gerblər, qab-qacaqlar, bəzək əşyaları – bir sözlə hər şey insan sümüklərindən hazırlanıb! 

Bəziləri bu məbədi ölümdən sonrakı həyatın memarlıq abidəsi kimi qiymətləndirsələr də, inanclı xristianlar onu daha çox şeytanın evi adlandırırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 Dekabr 2024 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see281

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see268

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see268

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see252

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see227

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see226

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see224

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see222

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see215

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see212

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see199

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see193

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see190

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see190

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see187

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see181

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see180

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see178

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see177

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri