Icma.az
close
up
RU
İnsan kəlləsindən düzəlmiş məbəd

İnsan kəlləsindən düzəlmiş məbəd

Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.

İnsan kəlləsindən düzəlmiş məbəd

Lap qədim dövrlərdən dünyanın hər tərəfində müxtəlif dinlərin müqəddəs mərkəzləri kimi inşa edilmiş qeyri-adi məbədlər günümüzə qədər yaşamaqdadır.

Şumer memarlığına aid zikkuratlardan tutmuş, müxtəlif inancların yuvası olan hind məbədlərini, Avropada qotik üslubunun möhtəşəm nümunələrini bu sıraya aid etmək olar. Bu yazımızda dünyanın ən maraqlı və sirli dini abidələrindən üçü haqqında məlumat verəcəyik.

Taylandı qoruyan "Əjdaha" məbədi

"Əjdaha Məbədi" adı ilə məşhur olan bu qeyri-adi quruluşa malik tikili Banqkokdan 40 km məsafədə, Nakhon Pathom əyalətində yerləşir. Uzun müddət bağlı saxlanılan məbəd 1985-ci ildən ziyarətçilərin üzünə açıqdır. "Əjdaha məbədi" görünüşcə heç də ənənəvi Buddist ziyarətgahlarına bənzəmir.

Taylandın bu müqəddəs məkanı 17 mərtəbədən ibarət çəhrayı rəngli silindrik binadır. Hündürlüyü 80 metrdir. Bu rəqəm Buddanın 80 yaşında dünyanı tərk etməsinə işarədir. 17 mərtəbə isə 17 səma sferasını simvollaşdırır. Məbədin içərisində də spiralvarı pilləkənlər var. Dekorativ aksessuarlara gəlincə, məbəd əsasən, buddist üslublu heykəllərlə bəzədilib.
Məbədi dünyada məşhur edən ən önəmli detal binanın fasadına dolanmış nəhəng əjdaha fiqurudur. Ümumiyyətlə, Şərq xalqlarının mədəni irsində əjdaha simvolu böyük əhəmiyyət daşıyır. Əjdahanın burada üzüyuxarı məbədə dolanan bədəni insanın cəhənnəmdən cənnətə, kədərdən səmavi səadətə gedən yolunu simvolizə edir. Buddist əfsanələrindən birində deyilir ki, Budda nəfsin simvolu olan nəhəng əjdaha ilə döyüşüb ona qalib gəlir. Bundan sonra əjdaha ram olaraq insana çevrilir və ömrünün axırına kimi buddist məbədində rahiblik edir. Əjdaha məbədini hər il yüz minlərlə insan ziyarət edir.

Hindistanın "müqəddəs" siçovulları

Məlum olduğu kimi Hindistan ilk dinlərin, qədim fəlsəfi təlimlərin yarandığı geniş coğrafiyadır. Bu səbəbdən Hindistan ərazisində saysız-hesabsız memarlıq abidələri, dini məkanlar mövcuddur. Belə qeyri-adi qədim abidələrdən biri də Racastan ştatının Deşkon şəhərindəki "Karni Mata" hindu məbədidir. Məbədin tarixi 16-cı əsrə gedib çıxır. Əslində bu bina memarlıq üslubu baxımından Hindistandakı bir çox dini tikililərdən o qədər də fərqlənmir. Lakin bu məkanın olduqca əcaib bir özəlliyi var. Belə ki, məbəddə 20 minə yaxın siçovul yaşayır. Bütün dünyadan turistləri bu məbədə cəlb edən də məhz, buranın siçovullarıdır. Ona görə də "Karni Mata" daha çox "Siçovul Məbədi"adı ilə tanınır.

"Karni Mata" məbədi müqəddəs hindu abidəsidir. Hind mifologiyasına görə mistik qüvvəyə sahib Karninin oğlu Lakhan göldə boğulur. Karni ölüm tanrısı Yamadan uşağı həyata qaytarmağı xahiş edir. Tanrı Yama rahibin bu istəyini yerinə yetirmir. Əfsanəyə görə Karni Mata Lakhanın nəslindən olan insanlara tanrı Yamanın məbədinə getməyi qadağan edir və oğlunun şəninə həmin məbədi ucaldır. Karni Mata öz oğlu Lakhanın və onun nəslindən olanların öldükdən sonra siçovul şəklində yenidən doğulacağını müjdələyir. Bu səbəbdən həmin məbəddə yaşayan siçovullar müqəddəs Karni Mata nəslinin ruhlarının daşıyıcıları hesab olunur.

Bu, məbəd əhvalatının mifik izahıdır. Məsələnin real tərəfi isə ondan ibarətdir ki, "Karni Mata"nı ziyarətə gələnlər ölənlərin ruhunu şad etmək üçün içəriyə müxtəlif növ yemək qoyub gedirlərmiş. Buna görə də binaya siçovullar dadanır. "Karni Mata" inancına sahib hindlilərin fikrincə, həmin kastanın nümayəndələri ölümdən sonra dünyaya növbəti dəfə siçovul kimi (reinkarnasiya) gəlir, siçovul ömrünü yaşayıb öldükdən sonra isə yenidən insan kimi doğulmaq şansı qazanırlar.
Beləliklə, bu inanca görə minlərlə siçovul (onlar kabba adlanır) məbəddə ziyarətgahın işçiləri tərəfindən qorunur. Gəmiricilər məbəd kompleksinin içində və həyətində sərbəst gəzişirlər. Məbəd xidmətçiləri onları əsasən süd, taxıl, müxtəlif meyvə və tərəvəzlə yemləyirlər.
Məbəd siçovulları dünyanın hər yerindən bu qeyri-adi tamaşaya baxmaq üçün gələn çoxsaylı zəvvarlara və turistlərə tam öyrəşiblər. Onlar hətta insanların qucağına hoppanır, çiyinlərinə dırmaşırlar. Məbəddə hansısa turistin təsadüfən ayaqlayaraq siçovul öldürməsi ən pis hadisə sayılır. Bu halda həmin turist məbədə ölən siçovul formasında və ölçüsündə qızıl siçovul bağışlamalıdı. Turist nəzərdə tutulan qızılı vermədiyi təqdirdə bir də heç vaxt məbədə buraxılmır.

Skeletlər kilsəsi, insan sümüklərindən dekorlar

Özünün qeyri-adi eksponatları ilə görənləri dəhşətə gətirən bu unikal məbəd Çexiyada yerləşir. "Sümük kilsəsi" kimi tanınan "Müqəddəslər kilsəsi"ni psixikası zəif olanların ziyarət etməsi məsləhət görülmür.
Yerli qəbiristanlıqda yerləşən, qotik üslubunda ucaldılmış bu gözəl bina kənardan heç də qeyri-adi görünmür. Ancaq kilsənin içərisi ölmüş insan skeletləri, insan kəllələri və müxtəlif əza sümükləri ilə "bəzədilib". Bu qorxunc kilsənin içərisində təxminən 60 minə yaxın insan əzasının qalıqları nümayiş etdirilir. Ən dəhşətlisi isə budur ki, məbədin içərisindəki çilçıraqlar, şamdanlar, çanaqlar, gerblər, qab-qacaqlar, bəzək əşyaları – bir sözlə hər şey insan sümüklərindən hazırlanıb!
Bəziləri bu məbədi ölümdən sonrakı həyatın memarlıq abidəsi kimi qiymətləndirsələr də, inanclı xristianlar onu daha çox şeytanın evi adlandırırlar.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 09 Dekabr 2024 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see278

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see246

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see245

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see234

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see214

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see213

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see210

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see208

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see203

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see203

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see202

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see199

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see198

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see192

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see173

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see171

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

02 Oktyabr 2026 14:22see163

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see162

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see158

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri