Icma.az
close
up
RU
İnsan orqanizmi iki yaşda qəfil qocalır

İnsan orqanizmi iki yaşda qəfil qocalır

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Stanford Universiteti tərəfindən aparılan genişmiqyaslı araşdırma qocalmanın yavaş və mərhələli proses olmadığını, insanların 44 və 60 yaşlarında iki böyük “ani qocalma dalğası” yaşadığını ortaya qoyub.
Demokrat.az
xəbər verir ki, qocalma adətən zamana yayılan, yavaş və tədrici proses kimi qəbul edilir. Lakin molekulyar səviyyədə aparılan yeni elmi araşdırma göstərir ki, güzgüdə qocalmanın birdən sürətlənməsi hissi sadəcə subyektiv təsir olmaya bilər.
Stanford Universitetinin genetika üzrə mütəxəssisi Maykl Snayder və onun komandası müəyyən edib ki, insan orqanizmi həyat boyu iki kritik dönüş nöqtəsindən keçir. İlk böyük dəyişiklik təxminən 44 yaşda, ikinci isə 60 yaş ətrafında baş verir.
Mütəxəssislərin sözlərinə görə, hansı molekulyar göstəriciyə baxılmasından asılı olmayaraq, bu yaş dövrlərində orqanizmdə kəskin və ani bioloji dəyişikliklər müşahidə olunur.
Risklər tədricən yox, qəfil artır
Alimlər yaşlanma ilə bağlı xəstəliklərin mexanizmini daha yaxşı anlamaq üçün 25–70 yaş aralığında olan 108 nəfəri uzun müddət izləyiblər. İştirakçılardan mütəmadi götürülən nümunələr əsasında RNT, zülallar, lipidlər və bağırsaq mikrobiomu daxil olmaqla 135 mindən çox bioloji göstərici təhlil edilib.
Məlumatların analizi göstərib ki, Alzheimer və ürək-damar xəstəlikləri kimi risklər zamanla yavaş-yavaş artmır, əksinə bu iki yaş həddindən sonra kəskin şəkildə yüksəlir. Təhlil edilən molekulların təxminən 81 faizində bu kritik dövrlərdən ən az birində ciddi dəyişikliklər qeydə alınıb.
Dəyişikliklərin səbəbləri çoxşaxəlidir
44 yaş ətrafında baş verən ilk dalğada xüsusilə lipidlər, kofein və alkoqol metabolizması ilə bağlı molekullarda, həmçinin dəri və əzələ toxumalarında ciddi dəyişikliklər müşahidə olunub.
Tədqiqatçılar bu dövrün qadınlarda menopauza ilə əlaqəli ola biləcəyini düşünsələr də, nəticələr bunun tək səbəb olmadığını göstərib. Çünki kişilərdə də eyni yaş aralığında oxşar molekulyar dəyişikliklər aşkarlanıb.
Bu isə hər iki cinsi əhatə edən daha fundamental bioloji mexanizmlərin mövcudluğuna işarə edir.
60 yaş ətrafında ikinci dalğa zamanı isə karbohidrat mübadiləsi, immun sisteminin tənzimlənməsi və böyrək funksiyaları kimi həyati sistemlərdə kəskin dəyişikliklər qeydə alınır.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 May 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri