Icma.az
close
up
RU
İnsan neçə yaşda qocalır?

İnsan neçə yaşda qocalır?

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Alimlər insanın rəsmi olaraq nə vaxt qoca sayıldığını müəyyən edib və yeni araşdırmalar bu yaş həddinin bir qədər irəli çəkildiyini göstərib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Seven Seas şirkəti minlərlə britaniyalı yetkin arasında sorğu keçirərək onların fikrincə qocalığın nə vaxt başladığını araşdırıb.

Əvvəlki tədqiqatlarda qocalığın 62 yaşdan başladığı qeyd olunurdu. Lakin yeni nəticələr göstərir ki, yaşa münasibət dəyişir və artıq 69 yaş insanların rəsmi olaraq qoca hesab edildiyi hədd kimi qəbul olunur.

Araşdırma həmçinin müxtəlif nəsillər arasında qocalığa baxışda ciddi fərqlərin olduğunu üzə çıxarıb. Məsələn, Baby boomer nəsli (1946–1964-cü illər arasında doğulanlar) qocalığın 67 yaşdan başladığını düşünür. Onların övladları və nəvələri isə bu yaşın daha erkən olduğunu hesab edir.

Z nəsli isə hesab edir ki, məsələn, Mişel Obama və Bred Pitt kimi 62 yaşlı şəxslər artıq qocalıq kateqoriyasına daxildir. Sorğu göstərib ki, Z nəsli idrak zəifləməsinin 62 yaşda başladığını düşünür, texnologiyaya uyğunlaşma çətinliklərinin isə bundan üç il əvvəl 59 yaşda yarandığını qeyd edir. Onların fikrincə, insan 56 yaşdan sonra dəbli geyimlərdə yaxşı görünmür.

Bununla yanaşı, Z nəsli yaşlı işçilərin dəyərinə daha müsbət yanaşır. Onlar bu yaş qrupundakı insanların əmək bazarında hələ də arzuolunan işçilər olduğunu daha çox qəbul edirlər.

Kampaniyanın həmsədri Harriet Beyliss bildirib ki, ageizmə sadə yanaşsaq, gənc nəsillərin yaşlılara daha mənfi münasibət göstərdiyini düşünmək olar. Lakin son sorğular bunun daha mürəkkəb olduğunu göstərir. Onun sözlərinə görə, Z nəsli yaşlı işçilərə və məşğulluğa baby boomer nəsli ilə müqayisədə daha optimist yanaşır, halbuki baby boomerlər ageizmin üstünlük təşkil etdiyi əmək bazarında istiqamət tapmağa çalışırlar.

Bundan əvvəl psixoloqlar qeyd ediblər ki, bəzi insanların yaş artdıqca daha mehriban, bəzilərinin isə daha sərt olmasının səbəbi onların həyatdakı itkiləri necə qəbul etməsi ilə bağlıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 May 2026 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri