Icma.az
close
up
RU
İnsan orqanlarının 3D printerlə çap olunması gələcəkdə transplantasiyanı necə dəyişdirəcək? HƏKİM DANIŞDI

İnsan orqanlarının 3D printerlə çap olunması gələcəkdə transplantasiyanı necə dəyişdirəcək? HƏKİM DANIŞDI

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Son illərdə 3D bioprintinq sahəsində əldə edilən irəliləyişlər gələcəkdə orqan transplantasiyasına tamamilə yeni bir yanaşma gətirəcək. Hazırda biz transplantasiya üçün ən böyük problemin donor çatışmazlığı olduğunu bilirik. Minlərlə xəstə illərlə gözləmə siyahısında qalır və çox vaxt uyğun donor tapılmadan həyatını itirir". Bu sözləri SİA-ya açıqlamasında infeksionist, ailə həkimi Fidan Həsənli deyib.

Onun sözlərinə görə, 3D printerlə insan orqanlarının çap olunması bu böhranı aradan qaldırmaq potensialına malikdir: "Ən mühüm üstünlüklərdən biri ondadır ki, bu texnologiya xəstənin öz hüceyrələrindən istifadə etməklə orqan hazırlamağa imkan verir. Bu isə immun sisteminin rəddetmə riskini minimuma endirir. Hazırkı ənənəvi transplantasiyada donor orqanı qəbul edən şəxsin orqanizmi çox vaxt yad toxumaya qarşı mübarizə aparır və xəstə ömür boyu immunosupressiv dərmanlardan istifadə etməyə məcbur olur. 3D çap olunmuş orqanlarda isə belə bir riskin olmaması həm xəstənin həyat keyfiyyətini yüksəldəcək, həm də tibbi xərcləri azaldacaq.

Digər tərəfdən, 3D bioprintinq bizə fərdiləşdirilmiş tibbin ən yüksək səviyyəsini təmin edir. Çap olunacaq orqan tam olaraq xəstənin bədən quruluşuna, anatomik xüsusiyyətlərinə uyğun hazırlanacaq. Bu da əməliyyat prosesini asanlaşdıracaq və orqanın daha sürətli uyğunlaşmasına kömək edəcək.

Texnologiyanın başqa bir üstünlüyü isə tibbi tədqiqatlarda özünü göstərir. Məsələn, laboratoriya şəraitində çap olunmuş orqan modelləri dərmanların təhlükəsizliyini və təsirini sınamaq üçün istifadə oluna bilər. Bu, həm yeni dərmanların inkişaf prosesini sürətləndirəcək, həm də heyvanlar üzərində sınaqların azalmasına səbəb olacaq.

Əlbəttə ki, bu sahədə hələ bir çox texniki və etik problemlər qalır. Böyrək və qaraciyər kimi mürəkkəb orqanların tam funksional şəkildə çap olunması hələ də ciddi elmi çağırışdır. Bundan başqa, belə texnologiyanın geniş istifadəsi üçün hüquqi, dini və etik çərçivələrin də formalaşdırılması vacibdir.

Ümumilikdə isə, tibbin gələcəyi üçün proqnoz budur ki, yaxın onilliklərdə 3D printerlə hazırlanmış toxumalar və hətta tam orqanlar klinik praktikada real həllə çevriləcək. Bu isə transplantologiyada inqilabi dəyişiklik yaradaraq donor çatışmazlığı problemini aradan qaldıracaq və xəstələrə daha uzun, sağlam ömür bəxş edəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Avqust 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri