İnsan pensiya yaşına qədər ölsə, yığılan pulu ailəsinə verilsin Deputatdan TƏKLİF
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
"Sosial-müdafiə və pensiya sahəsində artımlar var, amma dövlət bu məsələyə yenidən baxmalıdır".
Redaktor.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Arzuxan Əlizadə söyləyib.
"Çünki Azərbaycanda ömür yaşı həddi çox deyil. Statistikaya baxsaq, pensiyaya çıxa bilən insan sayı azalıb. Təklif edirəm ki, həmin insan pensiya yaşına qədər ölərsə, onun yığılan pulu ailəsinə verilsin. Bir sıra sahələrdə pensiyaya çıxma könüllülük prinsipində olmalıdır. Məsələn, müəllim və həkimlər 65 yaşı olan kimi pensiyaya çıxmaq istəmirsə, 70-ə yaşa qədər bu onun ixtiyarına buraxılmalıdır", - deyə deputat təklif irəli sürüb.
Türkan İSGƏNDƏRLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 26 Noyabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















