Icma.az
close
up
RU
“İnsan sevdiklərini unuda bilmir” Burak Yılmaz yenə istefa verdi

“İnsan sevdiklərini unuda bilmir” Burak Yılmaz yenə istefa verdi

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin “Qaziantep” klubunun çalışdırıcısı Burak Yılmaz postundan istefa verib. 

“Qafqazinfo” xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib. 

Çalışdırıcı istefa qərarının səbəbini qazandıqları uğura verilən dəyərsizliklə bağlı olduğunu bildirib: “Klubdakı baş məşqçi vəzifəm qəbul etdiyim qərar əsasında bu gündən etibarən başa çatdı. Meydanda göstərdiyimiz mübarizə ilə yanaşı, meydandan kənarda da futbolçularımızın maddi və mənəvi baxımdan heç bir problemlə üzləşməmələri üçün şəhərin nüfuzlu şəxsləri ilə görüşərək klub prezidentimizlə birlikdə bu məsuliyyəti üzərimizə götürdük. Lakin meydandakı uğurun və kənardakı fədakarlıqların yetərincə dəyər və qiymət görmədiyini hiss edirəm. Dünən keçirilən oyunda yaşadığım hadisələr silsiləsinin ilk nümunəsi deyil, son və ən diqqətçəkən göstəricisi oldu”.

B.Yılmaz həmçinin qeyd edib ki, xal toplamaq və qol vurmaq baxımından uğur qazana bilməyən, özünəinamı sarsılmış bir komandanı təhvil alıblar: “Klubu hələ təhvil aldıqda transfer məsələlərində də irəliləyişi yox idi. Komandaya bu gün etibarilə ciddi gəlir gətirəcək transferləri həyata keçirdik. Bu performansı hər keçən həftə artırdıq. Və liqadakı mövqeyinə görə Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan bir kollektiv formalaşdırdıq. Xüsusilə səfər oyunlarında məğlub olmayan və yüksək xal ortalaması əldə etmiş bir komandanı təhvil verməyin rahatlığı ilə ayrılıram.Bütün karyeram boyunca prinsiplərimə sadiq qalaraq peşəkar yolumu qurmuşam. Prinsip və düzgün iş mühitinin uğur gətirdiyi anlayışından heç vaxt güzəştə getmədiyimi və getməyəcəyimi xüsusi vurğulamaq istəyirəm.

Son söz… Əziz və dəyərli futbolçularım, sizinlə keçirdiyimiz və olduqca duyğusal olan vida görüşündə də söylədiyim kimi, insan sevdiklərini unuda bilmir. Sizi heç vaxt unutmayacağam”,- deyə B. Yılmaz bildirib. 

Qeyd edək ki, “Qaziantep” ötən gün Türkiyə Superliqasının 16-cı turunda “Göztepe”ye 0:1 hesabı ilə məğlub olub. 

Xatırladaq ki, B. Yılmaz 2023-cü ildə müvəqqəti olaraq “Beşiktaş”ı çalışdırıb. Bundan sonrakı mövsümlərdə isə o “Kayserispor”, “Kasımpaşa” klublarında baş məşqçilik edib ancaq uğursuz nəticlərə görə istefa verib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see408

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see170

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri