Icma.az
close
up
RU
İnsan zərərini bildiyi halda niyə eyni vərdişi təkrar edir? AÇIQLAMA

İnsan zərərini bildiyi halda niyə eyni vərdişi təkrar edir? AÇIQLAMA

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnsan bəzən sağlamlığına və həyatına zərər verdiyini bildiyi bir vərdişi dayandırmaqda çətinlik çəkir.
"İstəsəm, tərgidərəm" düşüncəsi isə hər zaman reallıqda özünü doğrultmur.
Bəs insan zərərini bildiyi halda niyə eyni davranışı təkrar edir və bu, iradə zəifliyidir, yoxsa arxasında daha dərin psixoloji səbəblər dayanır?
Bizim.Media xəbər verir ki, psixoloq Gülsər Qədirli bu barədə “Sonxeber.az”a açıqlama verib:
"İnsanın zərərli olduğunu bildiyi bir davranışı davam etdirməsi onun iradəsiz olması anlamına gəlmir. Bir çox vərdiş zaman keçdikcə beynin müəyyən emosional vəziyyətlərə verdiyi avtomatik reaksiyaya çevrilir. Məsələn, insan stress keçirəndə siqaret çəkməyə, darıxanda sosial şəbəkələrə yönəlməyə və ya emosional gərginlik zamanı həddindən artıq yeməyə başlaya bilər.
Bu davranış həmin anda insana qısa müddətli rahatlıq verdiyi üçün beyin onu "mükafatlandırılan" davranış kimi qəbul edir.
Burada əsas məsələ insanın davranışdan nə qazandığını anlamaqdır. Bəzən vərdişin arxasında stress, tənhalıq, narahatlıq, özünü sakitləşdirmək ehtiyacı və ya emosiyalardan qaçmaq dayanır. İnsan sadəcə vərdişi aradan qaldırmağa çalışdıqda, onun yaratdığı boşluğu doldurmadığı üçün yenidən əvvəlki davranışa qayıda bilər.
 

Bundan əlavə, vərdişlər müəyyən mühit, zaman və emosiyalarla əlaqələnə bilər. Məsələn, hər dəfə stress zamanı eyni davranışı təkrarlayan insan bir müddət sonra stressin özü həmin vərdiş üçün "tətik" rolunu oynamağa başlayır. Bu səbəbdən dəyişiklik yalnız "bir daha etməyəcəyəm" qərarı ilə məhdudlaşmamalıdır.


Zərərli vərdişdən uzaqlaşmaq üçün insan əvvəlcə onun nə zaman və hansı səbəbdən yarandığını müşahidə etməlidir. Hansı hissdən sonra bu davranışa ehtiyac yaranır, həmin anda insan nə düşünür və davranışdan sonra özünü necə hiss edir: bunları müəyyənləşdirmək vacibdir. Daha sonra həmin ehtiyacı daha sağlam üsullarla qarşılamaq üzərində işləmək lazımdır.
Əgər insan dəfələrlə cəhd etməsinə baxmayaraq vərdişini dayandıra bilmir və bu davranış onun sağlamlığına, işinə və münasibətlərinə ciddi təsir göstərirsə, psixoloq və ya digər uyğun mütəxəssisdən dəstək almaq faydalı ola bilər. Əsas məsələ özünü günahlandırmaq deyil, bu davranışın hansı ehtiyacı qarşıladığını başa düşmək və həmin ehtiyacı daha sağlam şəkildə idarə etməyi öyrənməkdir".
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Sentyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri