İnsan niyə qocalır? AÇIQLAMA
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
"İnsanı qocaldan çoxlu səbəblər ola bilər. Amma dünyada aparılmış tədqiqatlar bu məsələdə ən vacib 5 səbəbi önə çəkir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bildirdi.
Həkimin sözlərinə görə, birincisi, insanı DNT-nin zədələnməsi qocaldır:
"Biz nəyə görə xəstələnirik? Çünki yaş artdıqca insanın genləri və DNT-si zədələnir. Bu zədələr bərpa oluna bilmədikdə insan orqanizmi qocalmağa başlayır. Digər bir məsələ xroniki iltihabdır. İnsan orqanizmində xroniki iltihab varsa, bu, onun daha tez qocalmasına səbəb ola bilər. Digər vacib məsələ bağırsaqların mikroflorasıdır. Əgər insanın bağırsaq mikroflorası zəifləyirsə, o, daha tez qocalır. Stresslə bağlı faktorlar da mühüm rol oynayır. Həqiqətən, ciddi tədqiqatlar sübut edir ki, davamlı və qalıcı stress insanı genetik səviyyədə belə qocalda bilər".
NURİYYƏ
Baxış sayı:77
Bu xəbər 26 Avqust 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















