Icma.az
close
up
RU
İnsanı nə xoşbəxt edir? Ömər Xəyyamın min il əvvəl söylədikləri

İnsanı nə xoşbəxt edir? Ömər Xəyyamın min il əvvəl söylədikləri

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Aleksey İnqurovun yazısını təqdim edir.

Müasir insan xoşbəxtliyin reseptlərini axtarmağa çox vaxt sərf edir: psixologiya kitabları oxuyur, kouçlara müraciət edir, müxtəlif praktikaları sınaqdan keçirir.
Amma ən dəqiq cavablar artıq çoxdan verilib.
Min il əvvəl yaşamış fars şair və mütəfəkkir Ömər Xəyyam xoşbəxt həyatın prinsiplərini formalaşdırmışdı ki, onlar bu günkü baxışlarla heyrətamiz dərəcədə səsləşir.
Onun ideyaları bu gün də köhnəlməyib — sürətli dünyamızda daha da aktuallaşıb.

Xoşbəxtlik — indiki ana diqqət yetirməkdir.

Xəyyam düşüncəsiz əyləncəyə çağırmırdı.
O, məhz hazırda baş verənlərə dərin diqqətdən danışırdı.
Onun məşhur “Bu an xoşbəxt ol. Bu an sənin həyatındır” fikri problemləri görməməzliyə vurmaq deyil, indiki anda dayaq tapmaq bacarığı haqqındadır.
Müasir şüurlu fərqində olmaq praktikası da böyük ölçüdə bu fikri təkrarlayır: özünü daha yaxşı hiss etmək üçün düşüncələrdən — gələcəkdən və ya keçmişdən tez-tez indiki ana qayıtmaq lazımdır.

Bunu bu gün necə tətbiq etmək olar?


Sadə bir şeylə başlamaq kifayətdir: gün ərzində bir neçə dəfə bir dəqiqəlik gördüklərinizə, eşitdiklərinizə və ya fiziki olaraq hiss etdiklərinizə diqqətinizi yönəltmək.
Bu, səhər qəhvəsinin dadı, pəncərədən gələn yağış səsi, günəşin dərinizdə yaratdığı istilik hissi ola bilər.
Bu cür fasilələr qlobal problemləri həll etməz, amma fon narahatlığını azaldaraq sinir sistemini “yenidən işə salır”.

Hadisələrdən daha vacibi onlara münasibətdir.
Ömər Xəyyam hesab edirdi ki, insan hər zaman şəraitini dəyişə bilməz, amma ona olan münasibətini həmişə dəyişə bilər.
Bu fikir müasir psixoloji yanaşmaların, məsələn, koqnitiv-davranış terapiyasının əsas daşlarından biridir.
Emosiyalarımız situasiyanın özündən yox, onu necə şərh etməyimizdən asılıdır.

Praktik addım — daxili ifadə formalarımız üzərində işləməkdir.
“Hamı məni əsəbləşdirir” demək əvəzinə “Bu gün əsəbilik hiss edirəm və bu normaldır” demək olar.


“Seçimim yoxdur” yerinə isə heç olmasa kiçik bir manevr sahəsi tapmağa çalışmaq olar: “Hal-hazırda necə reaksiya verəcəyimi seçə bilərəm”.
Bu cür daxili narrativin dəyişməsi problemi möcüzəvi şəkildə həll etmir, amma nəzarət hissini qaytarır və acizlik duyğusunu azaldır.

Ömər Xəyyamın sirri çətinlikləri inkar etməkdə deyil.
Sirr ondadır ki, dünyanın mürəkkəbliyini qəbul edərək, onların həyatın yeganə məzmununa çevrilməsinə imkan verməyəsən.
Xoşbəxtlik çatılmalı bir məntəqə deyil, səyahətin öz yoludur.
Adi gündə sevinc tapmaq, dəyişdirilə bilməyənləri qəbul etmək və nəyisə dəyişmək mümkün olan yerdə hərəkətə keçmək bacarığı - min il əvvəl formalaşdırılmış bu sadə prinsiplər bu gün də daha mənalı və dolğun həyata aparan ən işlək təlimatlardan biri olaraq qalır.

Ürəyin yetmədiyi yerdə ağıl bəhanə uydurur... - Aysel Güreldən sitatlar Samir Bağırov: "Erməni müəllimim məni məcbur etdi ki..." - Müsahibə Qış gecəsi - Rüstəm İbrahimbəyovun hekayəsi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://kulis.az
archiveBu xəbər 10 Fevral 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri