İnsanın yeriş sürəti onun fiziki vəziyyətini göstərə bilər? CAVAB
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İnsanın yeriş sürəti onun fiziki vəziyyətini göstərə və hətta ehtimal olunan ömür uzunluğunu proqnozlaşdıra bilər.
Redaktor.az xəbər verir ki, bu haqda çəki idarəetmə mütəxəssisi Cek Mosli Surrey aif.ru-ya verdiyi müsahibədə danışıb.
Yaşlanmanın bədənə nə qədər təsir etdiyini müəyyən etmək üçün mütəxəssis sadə bir test təklif edib: normal tempdə dörd metr yeriyin və vaxtını ölçün. Orta hesabla bu, təxminən beş saniyə çəkir; daha sürətli olmaq yaxşı hesab olunur.
Mosli vurğulayıb ki, yavaş yeriş sürəti özlüyündə sağlamlıq problemlərini göstərmir və insanın ömür uzunluğunu proqnozlaşdırmır. O izah edib ki, həqiqətən dəyərli məlumatlar yeriş sürətinin zamanla necə dəyişməsindən gəlir. Eyni zamanda bir il ərzində yeriş sürətini artıran insanların sonrakı səkkiz il ərzində ölüm riski daha aşağı olub.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 16 Sentyabr 2026 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















