Icma.az
close
up
RU
“İnsanlar Azərbaycan benzini üçün növbələrə durur” Erməni nazir

“İnsanlar Azərbaycan benzini üçün növbələrə durur” Erməni nazir

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycan benzininin alınması ölkə vətəndaşları üçün sərfəlidir, baxmayaraq ki, bəzi şəxslər onun boykot edilməsi üçün çağırış edir.
Bakupost.az xəbər verir ki, bu barədə nazir Ermənistanın Dövlət Televiziyasına verdiyi açıqlamasında deyib.
Mirzoyan qeyd edib ki, yanacağa maraq yüksəkdir və insanlar növbəyə dayanırlar. O vurğulayıb ki, qonşu ölkələrlə əməkdaşlıq vacibdir: Azərbaycan və Türkiyədən malların Ermənistan ərazisindən daşınması, eləcə də Ermənistan məhsullarının onların ərazilərindən keçirilməsi təmin edilməlidir. Nazir, Azərbaycan tərəfindən benzinin ucuz qiymətə satılmasının baş nazir Nikol Paşinyanın təkrar seçilməsi üçün edildiyi barədə iddiaları təkzib edib və qiymətlərin sonradan kəskin artacağı fikrini rədd edib.
Mirzoyan həmçinin TRIPP layihəsi barədə məlumat verib. Layihə çərçivəsində nəqliyyat yollarının açılması, o cümlədən dəmir yolunun istifadəyə verilməsi planlaşdırılır. Nazir bildirib ki, bu dəmir yolu vasitəsilə Ermənistan xarici bazarlara çıxış əldə edəcək, Azərbaycan isə öz yükünü Ermənistan ərazisindən keçirəcək, həmçinin üçüncü ölkələr arasında da nəqliyyat əlaqələri təmin olunacaq. TRIPP layihəsinin praktiki tətbiqi 2026-cı ilin ikinci yarısında başlanacaq.
Mirzoyan əlavə edib ki, Ermənistan Türkiyə ilə də intensiv və konstruktiv dialoq aparır, eyni zamanda Rusiya ilə münasibətlərin kəsilməsi kimi bir gündəlik yoxdur. Nazir bildirib ki, ölkənin Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) üzvlüyü davam edir və əməkdaşlıqdan faydalar əldə olunur. Şirak bölgəsində yerləşən Rusiya hərbi bazasının çıxarılması məsələsi isə hazırda gündəlikdə deyil.
Əvvəllər “Ran Oil” şirkəti Ermənistanın bütün yanacaqdoldurma məntəqələrində Aİ-95 Azərbaycan benzinini 430 drama (1,92 manat) satışa çıxarıb. Yanacaq Azərbaycan–Gürcüstan–Ermənistan dəmiryolu marşrutu ilə gətirilib. İdxalı “Mega Trade” və “Shisha World” şirkətləri həyata keçirir. Bu şirkələrin sahibləri Ermənistanın tanınmış biznesmenləri və deputatları ilə əlaqəlidirlər.
Cavid, BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 Dekabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri