Erməni nazirdən ETİRAF: Azərbaycan benzini olmasaydı...
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bəyan edib ki, Azərbaycandan yanacaq tədarükü ölkə daxilində benzinin qiymətinin kəskin artmasının qarşısını almağa kömək edib.
Bakıvaxtı.az xəbər verir ki, nazir dünyanın bir çox ölkəsində yanacağın əhəmiyyətli dərəcədə bahalaşdığı bir fonda, Ermənistanda qiymət artımının minimum səviyyədə qaldığını vurğulayıb.
Papoyanın sözlərinə görə, bu prosesdə Azərbaycan mənşəli benzin və dizel yanacağının tədarükü həlledici rol oynayıb.
O qeyd edib ki, bu idxal olmasaydı, daxili bazarda yanacağın qiyməti bir neçə yüz dram yüksələ bilərdi.
Xatırladaq ki, hazırda tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8 500 tondan çox dizel yanacağı, 979 ton AI-92 markalı benzin və 2 955 ton AI-95 markalı benzin ixrac edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 01 May 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















