Icma.az
close
up
RU
İnsanlar dəlicəsinə evlərini satıb çiçəklər alırdı Lalə Maniyası bitkoini

İnsanlar dəlicəsinə evlərini satıb çiçəklər alırdı Lalə Maniyası bitkoini

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Bu gün biz “Bitcoin”in uçucu macərasının şahidi olsaq da, tarixdəki “Lalə Maniyası” bizə böyük iqtisadi baloncuqların nə qədər dağıdıcı ola biləcəyini xatırladır. 1600-cü illərdə Hollandiyada bir çiçəyin iqtisadiyyatı pozacaq qədər qiymətli olması həqiqətən inanılmazdır. Lalə soğanaqları sadəcə bir bəzək bitkisi deyil, status simvoluna çevrilmişdi. Bu çılğınlıq insanları evlərini və sərvətlərini bir ovuc çiçəyə qoymağa vadar edib. 

Sfera.az bu yazıda sizə 1600-cü illərin "Lalə Maniyası" bitkoinin qısa tarixini təqdim edir. 

17-ci əsrin əvvəllərində Amsterdam Asiyadan gətirilən ədviyyat ticarəti sayəsində Avropanın ən zəngin şəhərlərindən birinə çevrilmişdi.

Bu dövrdə zəngin tacirlər öz möhtəşəm malikanələrini ekzotik güllərlə bəzəmək üçün bir-biri ilə yarışırdılar. Ancaq şərqdən gələn lalə qədər təsirli bir çiçək tapılmamışdı.

Lalə ekzotik gözəlliyi və qeyri-adi rəngləri ilə tez bir zamanda məşhurlaşıb. İnsanlar bu çiçəyi təkcə bəzək deyil, həm də status simvolu kimi görməyə başladılar. Bu tələbat lalənin qiymətini astronomik həddə çatdırıb.

Lalələrdən ən qiymətlisi qırmızı-ağ zolaqlı "Semper Augustus" adlı bir növ idi. 1636-cı ildə Semper Augustus topası indiki pulla təxminən 25.000 dollar dəyərində idi.

Yəni həmin dövrdə bir ustanın 10 illik maaşına bərabər idi. Bəzi insanlar bir neçə lalə soğanı müqabilində evlərini satır, hətta bütün var-dövlətlərini bu dəliliyə yatırırdılar.

Bu qiymət artımının səbəblərindən biri də lalələrin müxtəlif rəng və naxışlarda qırılmasına səbəb olan virus olub. Alimlərin “Lalə qırılması virusu” adlandırdıqları bu vəziyyət çiçəklərin üzərində özünəməxsus naxışlar yaradır və insanlar bu qüsurlu, lakin ekzotik lalələr üçün sərvət verirdilər.

1637-ci ilə qədər lalə qiymətləri kəskin şəkildə düşməyə başladı. İnsanlar bu çiçəklərin əslində o qədər də dəyərli olmadığını başa düşdülər. Bir gün sərvət dəyərində olan bir lalənin ertəsi gün heç bir dəyəri yox idi.

Evlərini və əmanətlərini itirən ailələr bu iqtisadi köpüyün partlamasından sonra böyük xaos yaşadılar.

Bəzi tarixçilər o dövrdə Avropada baş verən vəba epidemiyasının insanların daha riskli investisiyalar etməsinə səbəb olduğunu düşünürlər.

Lakin epidemiya şiddətləndikcə insanlar lalə hərraclarına çıxmaqdan qorxdular və bu da qiymətlərin aşağı düşməsinə səbəb oldu.

“Tulip Mania” (Lalə Maniyası) tarixdə ilk iqtisadi köpük hesab olunur. Bu gün "Tulip Mania" bir əmtəənin faktiki dəyərindən xeyli yuxarı qiymətə qoyulduğu iqtisadi çökməni təsvir etmək üçün metafora kimi istifadə olunur.

Aysel

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Dekabr 2024 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri