Icma.az
close
up
RU
İnsanlar nəhayət öz doğma torpaqlarına geri qayıdır ŞƏRH EDİLDİ

İnsanlar nəhayət öz doğma torpaqlarına geri qayıdır ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Böyük Qayıdış Proqramı hazırda Azərbaycan dövlətinin əsas layihəsidir. Bu layihə 30 illik problemi həll edəcək. Vaxtilə erməni terrorçuları və separatçıları tərəfindən yurd-yuvalarından didərgin salınmış insanlar nəhayət ki, öz doğma torpaqlarına geri qayıtmış olacaqlar". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, artıq bu proses başlayıb və böyük sürətlə inkişaf etməkdədir. İşğaldan azad olunmuş ərazilərdə məskunlaşma prosesi geniş vüsət alıb. Bu ərazilərdə erməni terrorçuları tərəfindən dağıdılmış şəhər, qəsəbə və kəndlərin bərpası sürətlə davam edir: "İnsanların doğma yurdlarına qaytarılması maksimum səviyyədə təmin olunmaqdadır və yaxın illərdə bu prosesin tam yekunlaşması gözlənilir.

Azərbaycan dövləti bu prosesin uğurla və təhlükəsiz şəkildə həyata keçməsi üçün tam təminat verir. Artıq ölkə öz ərazi bütövlüyünü bərpa edib və bütün ərazilər suverenlik altında idarə olunur. Bu baxımdan, Böyük Qayıdış Proqramının reallaşdırılmasında ciddi problem yoxdur. Yeganə təhlükə – işğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların tam təmizlənməməsidir. Müharibə bitmiş olsa da, Ermənistan mina müharibəsini davam etdirir. Yüz minlərlə, bəlkə də milyonlarla mina Azərbaycan ərazilərinə basdırılıb. Bu minaların təmizlənməsi gələcəkdə vətəndaşların təhlükəsizliyi baxımından əsas vəzifə kimi qarşıda dayanır.

Amma Azərbaycan ordusu, polisi və hüquq-mühafizə orqanları yenidən məskunlaşan əhalinin təhlükəsizliyi üçün tam təminat verir. Bölgələrdə inkişaf üçün infrastruktur qurulub, nəqliyyat və kommunikasiya xətləri bərpa olunub və fəaliyyət göstərir. Bu baxımdan, Böyük Qayıdış Proqramı Azərbaycanın əsas milli proqramı olaraq uğurla həyata keçirilir və gələcəkdə də böyük uğurla başa çatacağı gözlənilir.

Bütün dünya artıq bu proqramın əhəmiyyətini anlayır, onun hədəflərini dərk edir. Bu layihə erməni terrorizminə məruz qalmış insanların doğma torpaqlarına dönüşünü təmin edir və həm də işğaldan azad olunmuş ərazilərdə həyatın təhlükəsiz bərpasında mühüm rol oynayır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Avqust 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see281

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see212

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see154

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see150

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see146

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see133

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see132

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see130

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see130

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see130

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see126

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see126

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see124

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see124

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see123

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see122

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see122

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see122

“Rusiya NATO ya hücum edə bilməz, Avropa öz problemləri ilə məşğul olsun” PUTİN

03 Oktyabr 2025 13:10see121

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri