Icma.az
close
up
RU
İnsanlar niyə yuxusuzluqdan əziyyət çəkir?

İnsanlar niyə yuxusuzluqdan əziyyət çəkir?

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Dövrümüzün geniş yayılmış problemlərindən biri də yuxusuzluqdur. Bu ya yatmaqda çətinlik çəkmək, ya da tez oyanıb yenidən yuxuya gedə bilməmək şəklində özünü büruzə verir. Sözügedən problemdən əziyyət çəkən insanlarda isə gün ərzində bitkinlik, halsızlıq və ruh düşkünlüyü də müşahidə edilir.
Görəsən yuxusuzluq nədən yaranır? Onu necə aradan qaldırmaq olar?
Həkim – terapevt Günay Musayeva Missiya.Az-a açıqlamasında deyib ki, əsas səbəblərin başında stress, narahatlıq, depressiya, qeyri-düzgün yuxu rejimi, kafein və nikotin istifadəsi, habelə bəzi xəstəliklər durur: 
“Bundan əlavə texnologiyanın həddindən artıq istifadəsi, yatmazdan əvvəl kompüter və telefon ekranına baxmaq yuxu rejiminə mənfi təsir göstərir. Uzun müddətli yuxusuzluq ciddi sağlamlıq problemlərinə yol açdığı kimi, ilk növbədə beyin funksiyalarını zəiflədir. Diqqət və yaddaş problemləri ortaya çıxır, immunitet sistemi aşağı düşür və insanlar daha tez-tez xəstələnir. Yatmaqda çətinlik çəkmək ürək-qan damar xəstəlikləri, yüksək qan təzyiqi, şəkərli diabet və piylənmə riskini artırır. Psixoloji məqamlar da var. Bəzi şəxslər daha əsəbi olur, depressiyaya düşür”.

Həkimin sözlərinə görə, yuxu rejimini qaydaya salmaq üçün bir neçə vacib nüansa diqqət yetirmək önəmlidir:
“Bunlardan birincisi sabit yuxu rejimidir, hər gün eyni saatda yatmaq və oyanmaq gərəklidir. Otağınız sakit və qaranlıq olmalıdır. Telefon, planşet və kompüter kimi vasitələrə ən azı yatmazdan 1 saat əvvəl baxmayın. Axşam saatlarında çay, qəhvə və siqaretdən istifadə etməyin. Kitab oxumaq, isti duş qəbul və meditasiya etmək rahat yatmağa şərait yaradır. Gündəlik idman faydalı olsa da yuxudan öncə məşğul olmayın. Problem uzun müddət davam edirsə həkimə müraciət olunmalıdır”.

Zərintac Mayisqızı
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://missiya.az
archiveBu xəbər 04 Aprel 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri