Avropa ölkələrində xaos XƏBƏRDARLIĞI İnsanlar çox əziyyət çəkir KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropadakı hava limanlarını təmsil edən təşkilat Aİ-nin yeni rəqəmsal sərhəd sisteminin pasport nəzarətində gözləmə müddətini üç saata qədər artırdığı və mövcud cədvəl davam edərsə, ciddi təhlükəsizlik risklərinin yarana biləcəyi barədə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, Brüsseldə yerləşən Avropa Hava Limanları Şurası (ACI Europe) oktyabr ayında tədricən tətbiq edilən Giriş-çıxış Sisteminin (EES) təcili olaraq nəzərdən keçirilməsini tələb edib. Şuranın məlumatlarına görə, sistem tətbiq olunduqdan bəri sərhəd nəzarətində keçirilən vaxt 70 faiz artıb.
EES sistemi çərçivəsində üçüncü ölkə statusuna malik sərnişinlərin pasportlarına möhür vurulmağa davam edilsə də, barmaq izi və biometrik üz skaneri də tələb olunur.
Bu prosedurlar üçün bir çox hava limanında xüsusi köşklər quraşdırılsa da, prosesdə böyük fasilələrin olduğu bildirilir. Hazırda sərnişinlərin yalnız 10 faizi rəqəmsal qeydiyyatdan keçir. Lakin, mövcud planlara görə, bu nisbətin 9 yanvar 2026-cı il tarixinə qədər 35 faizə çatdırılması hədəflənir. “ACI Europe”un baş direktoru Olivye Yankovec mövcud 10 faizlik nisbətdə belə, əməliyyat çətinliklərinin və sərnişin narahatlığının yaşandığını qeyd etməklə bunları bildirib:
“Müəyyən etdiyimiz əməliyyat problemləri yaxın həftələrdə tam həll olunmazsa, 9 yanvarda qeydiyyat nisbətinin 35 faizə qaldırılması qaçılmaz olaraq daha ağır tıxaclara və sistem pozuntularına səbəb olacaq. Bu, həmçinin ciddi təhlükəsizlik riskləri yarada bilər”. Məlumatlara görə, sistem pozuntularından ən çox təsirlənən ölkələr Fransa, Almaniya, Yunanıstan, İslandiya, İtaliya, Portuqaliya və İspaniyadır. Şura 9 aprel 2026-cı ildə tamamlanması gözlənilən keçid cədvəlinin uzadılmasını tələb edir. Aeroport nümayəndələri sistemdəki əsas problemləri aşağıdakı kimi ümumiləşdiriblər:
Avropa Komissiyası hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Data alimi Nik Braun bildirib ki, hava limanlarının bu sistemə hazırlaşmaq üçün kifayət qədər vaxtı var və yaradılmış köşklər vasitəsilə könüllülərlə daha çox simulyasiya aparılmalı idi.
Baxış sayı:65
Bu xəbər 19 Dekabr 2025 08:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















