Icma.az
close
up
RU
İnsanlar planeti əyib Son 20 ildə Yerin fırlanma yerini 80 sm dəyişib (ARAŞDIRMA)

İnsanlar planeti əyib Son 20 ildə Yerin fırlanma yerini 80 sm dəyişib (ARAŞDIRMA)

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnsan fəaliyyəti Yer kürəsinin meylini dəyişib və bu, iqlim dəyişikliklərinə də təsir göstərir. Bu nəticə, müasir sivilizasiyanın məişət və texniki ehtiyaclar üçün yeraltı su ehtiyatlarını intensiv şəkildə istifadə etməsi nəticəsində meydana gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Earth.com məlumat yayıb.

Seul Milli Universitetinin alimləri son 20 ildə yeraltı suların çıxarılması nəticəsində Yer kürəsinin fırlanma oxunun təxminən 80 sm yerini dəyişdiyini müəyyən ediblər.

"Bizim araşdırmamız göstərir ki, iqlimlə bağlı səbəblər arasında yeraltı suların yenidən paylanması fırlanma oxunun dəyişməsinə ən çox təsir edən faktordur", deyə geofizik Ki-Veon So bildirib.

Yeraltı sular torpaq, qum və qayalar arasında olan boşluqları doldurur. Bu sular, yağış və digər yağıntılardan yaranaraq yerə hopur və tədricən su daşıyıcı təbəqələrə çatır.

İnsanlar yeraltı sulardan əsas ehtiyaclarını ödəmək üçün istifadə edir. Xüsusilə kənd yerlərində, səthi su mənbələrinin əlçatan olmadığı yerlərdə, bu su içməli suyun əsas mənbəyi sayılır. Fermerlər də kənd təsərrüfatı məhsullarını sulamaq və quraqlıq zamanı istehsalın davamını təmin etmək üçün yeraltı sularına güvənirlər. Bundan əlavə, sənaye proseslərində və soyutma sistemlərində də bu sular geniş istifadə olunur.

1993-2010-cu illəri əhatə edən araşdırma nəticəsində məlum olub ki, 2150 gigaton yeraltı suyun çıxarılması Yer kürəsinin meylinin dəyişməsinə səbəb olub.

Yeraltı suların çıxarılmasının yalnız planetin fırlanma oxuna təsir etmədiyini, həm də iqlim dəyişiklikləri ilə bağlı narahatlıqlar yaratdığını vurğulayan alimlər, bu fəaliyyətin dəniz səviyyəsinin yüksəlməsində də rol oynadığını bildirirlər.

"Fırlanma oxunun dəyişməsinin indiyədək məlum olmayan səbəbini tapdığıma görə çox sevinirəm. Amma bir Yer sakini və ata kimi, yeraltı suların çıxarılmasının dəniz səviyyəsinin artımına səbəb olan başqa bir mənbə olduğunu öyrənməkdən narahatam", deyə So əlavə edib.

Alimlər bu yeni kəşfin iqlim dəyişikliklərinin səbəblərini daha yaxşı anlamağa və bununla bağlı tədbirlər görməyə şərait yaradacağını vurğulayıblar.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri