Icma.az
close
up
RU
İnsanları daha çox xoşbəxt edən nədir pul, yoxsa xoşbəxtlik? SORĞU

İnsanları daha çox xoşbəxt edən nədir pul, yoxsa xoşbəxtlik? SORĞU

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə cəmiyyətdə diqqət çəkən mühüm mövzulardan biri də insanların pul və xoşbəxtlik anlayışına münasibətidir. Əvvəllər bir çoxları üçün əsas məqsəd yaxşı qazanc əldə etmək, maddi cəhətdən təmin olunmaq idi. Lakin müasir dövrdə bir çox insan başa düşür ki, pul hər şeyi həll etmir — o, rahatlıq gətirsə də, həqiqi xoşbəxtliyi təmin etmir. Digər tərəfdən, bəzi insanlar hesab edir ki, xoşbəxtlik də müəyyən qədər maddi imkanlarla bağlıdır: çünki əsas ehtiyaclar ödənmədən daxili rahatlıq tapmaq çətin olur. Beləliklə, bu mövzu cəmiyyətdə birmənalı qarşılanmır. Kimisi xoşbəxtliyi sevdikləri ilə dinc, stresssiz həyat tərzində görür, kimisi isə sabit gəlir və maliyyə azadlığını əsas sayır. Maraqlıdır, müasir insan üçün bu iki dəyərdən hansının daha önəmli olması nədən asılıdır — zamanın tələbindən, yoxsa insanın öz həyat fəlsəfəsindən? SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu aparıb.

Şəhər sakini Çiçək Bağırzadə: “Əslində, bəzən pul olmadan xoşbəxtlik də olmur. Düzdür, pul hər şey deyil, amma çox şeydir. Şəxsən mən istədiklərimi maddi cəhətdən əldə etdikcə özümü daha xoşbəxt hiss edirəm. Bu da o deməkdir ki, mənim üçün pul daha önəmlidir. Məsələn, pulum olanda ürəyim sıxılsa, istədiyim məkana gedib vaxt keçirə bilirəm, əylənirəm və ya özümə lazım olan bir şey alıram. Bütün bunlar mənə müsbət enerji verir. Müasir dövrdə həyat bahalaşdığı üçün düşünürəm ki, pul insanların həyat keyfiyyətinə birbaşa təsir edir və xoşbəxtliklə sıx bağlıdır”.

Şəhər sakini Anar Kazımov: “Pul, təbii ki, lazımlı bir şeydir. Amma bu gün ölkədə qiymətlərin artması, maaşların isə eyni səviyyədə qalması insanları çətin vəziyyətə salır. Əməkhaqqları artsa, insanların həyat səviyyəsi də yüksələr və bu, bir növ xoşbəxtliyə səbəb olar. Mənim iş qrafikim gündə 8–10 saat arasında dəyişir, amma maaş bu qədər əməyə uyğun deyil. Əməkhaqqı evin əsas tələbatlarını qarşılamaq üçün bəzən kifayət etmir. Üstəlik, nəqliyyat və ərzaq qiymətləri də bahalaşıb. İnsanlar bu səbəbdən stress içində yaşayır. Məncə, bu dövrdə pul varsa, xoşbəxtlik də var — çünki maddi sabitlik insanın həm ruh halına, həm də ailə münasibətlərinə təsir göstərir”.

Şəhər sakini Şəlalə Kərimova: “Düşünürəm ki, pul da insanı müəyyən qədər xoşbəxt edə bilər, amma hər şey pulla ölçülmür. Mənə "pulmu, yoxsa xoşbəxtlikmi seçərsən?" desələr, təbii ki, xoşbəxtliyi seçərdim. Çünki insanın vicdanı, namusu, sevgisi pulla satın alınmır. Pul üçün öz xoşbəxtliyimdən imtina etmərəm, bu səbəbdən pulum olmasa da xoşbəxt ola bilərəm. Xoşbəxtlik mənim üçün daxili rahatlıq və sevdiklərimlə olan münasibətlərdir. Məsələn, iki insan bir-birini sevirsə, amma maddi imkanları zəifdirsə, bu, xoşbəxtliyə mane olmamalıdır. Onlar birlikdə əllərindən gələni edərək həyatlarını qururlar. Bu zaman əsas rol pulu deyil, sevgi və qarşılıqlı inam oynayır”.

Şəhər sakini Tahir Məmmədzadə: “İnsan üçün ən vacib olan puldur. Pul varsa, sevgi də, xoşbəxtlik də, hörmət də olur. Mənim düşüncəmə görə, xoşbəxtlik birbaşa maddi imkanlarla bağlıdır. Pulu olan insan istədiyini edə, istədiyi kimi yaşaya bilir. Əgər pulun yoxdursa, bu zaman arzuların məhdudlaşır, planlarını reallaşdıra bilmirsən. Buna görə də mən pulun daha vacib olduğunu düşünürəm. Xoşbəxtlik hissi də çox vaxt insanın maddi vəziyyəti ilə paralel gedir”.

Şəhər sakini Aygün İsmətullayeva:
“Mənim üçün ən önəmlisi sağlamlıqdır. Sağlamlıq olan yerdə pul da, xoşbəxtlik də əldə oluna bilər. İnsan sağlam olanda istədiyi məqsədlərə çatmaq üçün çalışa bilir. Pul da, xoşbəxtlik də sağlam bədən və sağlam düşüncə ilə mümkündür. Məncə, xoşbəxtlik puldan asılı deyil, insanın daxili rahatlığı, ailə mühiti və həyat tərzi ilə bağlıdır. Əgər insan özündən və həyatından razıdırsa, artıq xoşbəxtlik var deməkdir”.

Şəhər sakini Hüseyn Əsgərov: “Məncə, həm pul, həm də xoşbəxtlik bir yerdə olarsa, bu, insan üçün ideal vəziyyətdir. Çünki elə insanlar var ki, çox pulları olsa da, xoşbəxt deyillər. Elə insanlar da var ki, xoşbəxtdilər, amma maddi cəhətdən çətinlik çəkirlər. Mənim fikrimcə, bu iki anlayış bir-birini tamamlayır. Amma yenə də real həyatda pulun rolu böyükdür. Çünki insan istədiyini ala, arzularını reallaşdıra biləndə özünü daha rahat və xoşbəxt hiss edir. Mənim üçün pul bir qədər daha önəmlidir, çünki maddi imkanlar həyat şəraitini yaxşılaşdırır və bu da nəticədə insanın xoşbəxtliyinə təsir edir”.

Şəhər sakini Gülçin Əfəndiyeva: “İndiki dövrdə insan üçün ən vacib olan şey puldur. Pul olmasa, insan istədiyi kimi yaşaya, arzularını həyata keçirə bilməz. Mənim fikrimcə, xoşbəxtlik müəyyən qədər puldan asılıdır. Şəxsən məni xoşbəxt edən şeylərdən biri öz evimin, maşınımın və istədiyim kimi səyahət edə bilməyimin mümkünlüyüdür. Əgər bu imkanlar varsa, insan özünü daha güvənli və xoşbəxt hiss edir. Müasir dövrdə pul həm təhlükəsizlik, həm də azadlıq deməkdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri