Icma.az
close
up
RU
Mobil telefonlar insanları idarə edir, yoxsa asanlaşdırır? SORĞU

Mobil telefonlar insanları idarə edir, yoxsa asanlaşdırır? SORĞU

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir dövrdə texnologiyanın sürətli inkişafı və rəqəmsal alətin gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməsi yeni bir reallıq yaradıb: mobil telefon asanlıq gətirir, yoxsa asılılığa səbəb olur? Xüsusilə də sosial şəbəkələrin geniş vüsət aldığı bu dövrdə insanlar bəzən özlərinin belə fərqində olmadan vaxtlarının böyük bir qismini bu platformalarda sərf edirlər. Bəs görəsən, vətəndaşların bu mövzu ilə bağlı fikirləri nədən ibarətdir? SİA bu məsələ ilə bağlı şəhər sakinləri arasında sorğu edib.

Tələbə Nurlan İsmayılzadə: "Yaxın zamanlarda düşündüm və araşdırdım ki, nə üçün insanlar, o cümlədən mən özüm də, telefona və sosial şəbəkələrə bu qədər bağlıyıq. Bunun əsas səbəblərindən biri beynimizdəki dopamin hormonudur. Bu hormon bizə mükafatlandırıcı bir hiss yaşadır. Hazırkı dövrdə texnologiya o qədər inkişaf edib ki, insanlar artıq fiziki olaraq hərəkət etməkdən çox, komfort dairəsində qalmağa üstünlük verirlər. Biz yeni şeylər görmək əvəzinə ekran vasitəsilə dünya ilə əlaqə saxlayırıq. Telefon və onun içərisindəki sosial platformalar sanki dünyaya açılan pəncərə rolunu oynayır. Daim həmin platformalardan istifadə etdikdə dopamin hormonu oturduğumuz yerdə bu “mükafatı” bizə verir və nəticədə asılılıq yaranır. Özüm də bəzən bu asılılığı hiss edirəm. Elə gün olur ki, gün ərzində 7 saata yaxın telefona baxıram və zamanın necə keçdiyini hiss etmirəm. Əgər biz bu prosesi nəzarətsiz buraxsaq, onda artıq telefon bizi idarə etməyə başlayır. Buna görə də düşünürəm ki, hər kəs özünə sərhəd qoymalı və telefondan istifadəni nəzarətdə saxlamalıdır".

Tələbə Ellada Qardaşəliyeva: "Etiraf etməliyəm ki, yay tətili dönəmində telefon çox istifadə edirəm. Vaxtımız daha çox olduğuna görə sosial şəbəkələrdə – məsələn, "TikTok", "Instagram" kimi platformalarda daha çox zaman keçirirəm. Bəzən film izləyirəm, bəzən isə sadəcə baxmaq üçün baxıram. Gündə təxminən 5 saatımı mobil telefona sərf edirəm. Düşünürəm ki, bu artıq normanı aşıb. Sentyabrda dərslərim başlayır və bu səbəbdən qərara gəlmişəm ki, telefona sərf etdiyim vaxta limit qoyum. Bu, düşünürəm ki, çox doğru addımdır. Hərçənd, mən ümumilikdə telefondan istifadə etməyə pis baxmıram. Hər kəs boş vaxtını istədiyi kimi keçirə bilər, amma vacib olan balansı qorumaqdır".

Şəhər sakini Rövşən Cabirov: "Əslində mobil telefonlar həyatımızı bir çox mənada asanlaşdırır. Amma əsas məsələ odur ki, biz ondan hansı məqsədlə istifadə edirik. Əgər təhsil, iş və faydalı məlumatlar üçün istifadə olunursa, bu zaman telefon bizim köməkçimizə çevrilir. Lakin yalnız oyun oynamaq və ya zaman keçirmək üçün istifadə edilirsə, o zaman biz artıq telefondan asılı oluruq. Məhz bu səbəbdən də gənclər arasında təhsildən yayınma halları artır. Mobil telefon gənclərin vaxtını alır və onları əsas məqsədlərindən uzaqlaşdırır".

Tələbə Rəvan Nəsirov: "Mobil telefondan əsasən dərslərim, gündəlik işlərim, dostlarımla ünsiyyət və sosial şəbəkələrə baxmaq üçün istifadə edirəm. Məncə bu cihaz həm həyatımızı asanlaşdırır, həm də əgər nəzarətsiz istifadə olunarsa, bizi fiziki və zehni olaraq yora bilər. Məsələn, bir sosial şəbəkədə uzun müddət vaxt keçirdikdə hiss edirsən ki, yorulursan, amma bu yorğunluq fiziki deyil, zehni tükənmişlikdir. Odur ki, istifadəni nəzarətdə saxlamaq vacibdir".

Şəhər sakini Zəhra Əliyeva: " Mobil telefonlar bəzi hallarda insanların həyatını çətinləşdirə bilər, amma düzgün və məqsədyönlü istifadə olunduqda çox faydalı vasitəyə çevrilir. Əsasən işlə əlaqədar, yaxınlarla ünsiyyət və ya informasiya əldə etmək üçün istifadə olunur. Lakin bir çox hallarda insanlar bu cihazdan lazımsız şəkildə istifadə edir və bu zaman telefon həyatımızı çətinləşdirir. Məsələ nədən necə istifadə etməkdədir".

Şəhər sakini Aysel Babayeva: " Mobil telefondan istifadə hər kəs üçün fərqli ola bilər. Kimsə bütün gününü mənasız kontentlərlə vaxt keçirməyə həsr edirsə, artıq telefon həmin şəxsi idarə etməyə başlayır. Əgər mobil telefondan məqsədli şəkildə – iş, gəlir mənbəyi və ya təhsil üçün istifadə edilirsə, bu zaman o bizim işimizi xeyli asanlaşdırır. Hazırda elə bir dövrdə yaşayırıq ki, mobil telefonsuz həyatı təsəvvür etmək çətindir. Ona görə də mühüm olan telefondan düzgün zamanda və məqsədli istifadə etməkdir".

Tələbə Selin Kərimova: "Mobil telefonlar şübhəsiz ki, həyatımızı müəyyən qədər asanlaşdırır. Lakin həddindən artıq istifadə edildikdə bu, artıq bizim davranışlarımızı formalaşdırmağa başlayır. Bunu öz təcrübəmdən də bilirəm. Vaxtımın çox hissəsini telefonda keçirəndə hiss edirəm ki, bu mənə mənfi təsir edir. Valideynlər bəzən bu vəziyyətə əsəbləşirlər və haqlıdırlar, çünki bu, ailədaxili münasibətləri də poza bilər. Əgər heç kim bizi nəzarətdə tutmasa, telefonla saatlarla vaxt keçirərik və bu da vaxt itkisinə səbəb olar. Məncə hər şeyin həddi və ölçüsü olmalıdır. Telefonu nəzarətli və məqsədli şəkildə istifadə etmək vacibdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Avqust 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri