Icma.az
close
up
RU
İnsanları peşə seçimində nə motivasiya edir maraq, yoxsa qazanc?

İnsanları peşə seçimində nə motivasiya edir maraq, yoxsa qazanc?

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

İnsanın peşə seçiminə təsir edən əsas meyar nədir – maraq, yoxsa qazanc? Müasir dövrdə bir çox insan sevdiyi işi deyil, daha çox gəlir gətirən peşəni seçməyə üstünlük verir. Bu səbəbdən də cəmiyyətdə tez-tez "pul qazandırmayan iş dəyərsizdir" düşüncəsi ilə qarşılaşmaq olur. Bəs həqiqətənmi insanın məşğul olduğu peşənin dəyəri yalnız qazancı ilə ölçülməlidir?İnsanları pullarına görə dəyərləndiririk?İnsan niyə maddi uğura bu qədər önəm verir?

Bu barədə Bizimyol.info xəbər portalına danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, ilk baxışda insanlar məcburdur ki, yaşamaq üçün hansısa bir sahədə çalışsın: “İnsanlar hər hansı bir işlə ya hobbi kimi məşğul olur, ya da yaşamaq üçün vasitə, qazanc və gəlir əldə etmək məqsədilə məşğul olurlar. Yəni insanı hər hansı bir peşə ilə məşğul olmağa motivasiya edən müəyyən səbəblər olur. Bu səbəblər fərqli ola bilər.

Kimi başqa sahədə çalışa bilər, amma hobbi kimi tamam başqa bir peşəyə marağı var. Amma axı insan bu həyatda yaşamalıdır və yaşaması üçün hansısa bir sahədə peşəkar olmalıdır, o sahənin adamı olmalıdır. Bəzən olur ki, insanın elə sevdiyi sahə onun peşə ixtisası ilə üst-üstə düşür, yəni onunla həm hobbi kimi məşğul olur, həm də qazanc əldə edir. Bu peşə onu yaşadır. Elə insanlar da var ki, istəmədiyi sahədə çalışır, ancaq başqa bir sahəyə, peşəyə marağı var. Həmin peşə ilə də hobbi kimi məşğul olur. Bunlar fərqli şeylərdir. Ona görə ilk baxışda insanlar məcburdur ki, yaşamaq üçün hansısa bir sahədə çalışsın- bu sahə onun sevdiyi və sevmədiyi sahə də ola bilər”.

Üzeyir Şəfiyevin sözlərinə görə, insanlar seçdikləri iş az gəlir gətirsə belə, həmin sahəni sevir və onunla sanki nəfəs alırlar: “Bu baxımdan bəzən insan bir sahəyə maraq göstərir. Xüsusilə də həmin sahəyə marağı və meyli olur. Amma onu bu sahədən çəkindirməyə çalışırlar ki, bu sahə gəlir gətirən sahə deyil. Belə olan halda sual yaranır ki, niyə insanda məhz bu peşəyə maraq yaranır? Bu da mümkündür. Adətən valideynləri, dostları və ya yaxınları ona izah etməyə çalışırlar ki, bu sahə gəlir gətirmir, onun əvəzinə başqa sahəni seçsin. Onlar bunu da həmin insanın yaxşılığını istədikləri üçün deyirlər. Amma elə insanlar da var ki, seçdikləri iş az gəlir gətirsə belə, həmin sahəni sevir və onunla sanki nəfəs alırlar. Bu, insanın peşəsinə olan məhəbbətinin onu fədakarlığa sövq etməsi ilə bağlıdır. Belə insanlar da var. Amma əksər insanlar bu və ya digər peşə fəaliyyəti ilə daha yaxşı yaşamaq, həyatını rifahlı qurmaq məqsədilə məşğul olmağa meyillənirlər. Ona görə də bu, insanların fərqli seçimidir və məncə, buna normal yanaşmaq lazımdır”.

Üzeyir Şəfiyev əlavə edib: “Hər halda insan sevdiyi peşə ilə məşğul olsa, daha böyük səmərə əldə edər. Nəinki bəzən yalnız pula görə sevmədiyi işlə məşğul olsun.

Əlbəttə, bu onun üçün müəyyən qədər çətin olur. Çünki onun sevdiyi sahə, sevdiyi peşə başqa olur. O zaman məcbur olub həmin sahə ilə yalnız hobbi kimi məşğul olsun”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 31 İyul 2026 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri