Icma.az
close
up
RU
İnsanların “canından çıxarılan” 1 manat Nə etməli?

İnsanların “canından çıxarılan” 1 manat Nə etməli?

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda elektrik enerjisi və təbii qaz üzrə aylıq sabit tariflərin tətbiqi cəmiyyətdə ciddi suallar və narazılıqlar yaradıb. Xüsusilə əhali və məişət istehlakçıları üçün qaz üzrə müəyyən edilən 1 manatlıq sabit ödəniş, istehlakdan asılı olmayaraq hər ay məcburi şəkildə tutulacaq. Rəsmi qurumlar bu addımı “ədalətli bölgü” və “infrastruktur xərclərinin qarşılanması” ilə əsaslandırsalar da, vətəndaşların böyük hissəsi bunun sosial baxımdan ədalətsiz və hüquqi cəhətdən mübahisəli olduğunu düşünür. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı “Nocomment.az”a danışan hüquqşünas Natiq Ələsgərov hesab edir ki, sabit tarifin tətbiqi istehlakçı hüquqları baxımından ciddi problemlər yaradır.

Onun fikrincə, kommunal xidmətlərin əsas prinsipi “istifadə qədər ödə” modelinə söykənməlidir:

“Vətəndaş qazdan istifadə etmirsə, yaxud çox az istifadə edirsə, ona sabit ödəniş tətbiq olunması faktiki olaraq xidmət göstərilməyən bir məhsula görə pul tələb edilməsi deməkdir. Bu isə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin ruhuna ziddir. Dövlət vətəndaşa yalnız real göstərilmiş xidmətə görə ödəniş yükləyə bilər. İnfrastrukturun saxlanılması, sistemin idarə olunması kimi xərclər isə tariflərin tərkibində, şəffaf şəkildə hesablanmalı və istehlak həcmi ilə əlaqələndirilməlidir”.

Natiq Ələsgərovun sözlərinə görə, sosial dövlət anlayışı da bu məsələdə nəzərə alınmalıdır:

“Aztəminatlı ailələr, tənha yaşlılar, regionlarda mövsümi istifadə edən vətəndaşlar faktiki olaraq qazdan az yararlansalar da, hər ay sabit ödəniş verməyə məcbur qalacaqlar. Bu isə sosial ədalət prinsipinə uyğun gəlmir. Hüquqi baxımdan, bu cür məcburi ödənişlərin tətbiqi geniş ictimai müzakirə və alternativ mexanizmlər olmadan həyata keçirilməməli idi”.

İqtisadçı ekspert Əkrəm Həsənov isə məsələyə iqtisadi prizmadan yanaşaraq bildirib ki, sabit tariflər əslində xidmət göstərən qurumların maliyyə risklərini və idarəetmə problemlərini vətəndaşın üzərinə ötürmək məqsədi daşıyır.

Onun fikrincə, normal bazar iqtisadiyyatında şirkətlər öz xərclərini səmərəlilik, texnoloji yeniliklər və düzgün idarəetmə yolu ilə azaltmağa çalışmalıdır. Azərbaycanda isə bu yük birbaşa abonentlərin üzərinə qoyulur:

“1 manatlıq sabit ödəniş ayrı-ayrılıqda kiçik məbləğ kimi görünsə də, milyonlarla abonent nəzərə alındıqda, bu, şirkətlər üçün böyük və təminatlı gəlir mənbəyinə çevrilir. Bu da xidmət keyfiyyətinin yüksəldilməsinə deyil, rahat gəlir əldə etməyə stimul yaradır. Belə mexanizm rəqabətsiz mühitdə daha da təhlükəlidir, çünki istehlakçının alternativ seçimi yoxdur və o, məcburi şəkildə bu ödənişi etməlidir. Sabit tariflər xüsusilə az istehlak edən və enerjiyə qənaət edən vətəndaşları cəzalandırır. İnsanlar qənaət etsələr də, istifadə etməsələr də, eyni məbləği ödəməli olacaqlar. Bu isə enerji səmərəliliyi siyasətinə ziddir”.

Oxunub 32

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Fevral 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri