Icma.az
close
up
RU
Vətəni canından çox sevənlər...

Vətəni canından çox sevənlər...

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

7 iyul şəhid Elçin Ağayevin anadan olduğu gündür
Elçin Zakir oğlu Ağayev 44 günlük haqq savaşımızda son damla qanına qədər yağıya qarşı vuruşaraq Vətənin sədaqətli övladı kimi adını tarixin şərəfli səhifəsinə yazmağı bacardı. Odur ki, Cəlilabad rayonunun Günəşli kəndində boya-baş çatan Elçin 27 yaşda bu dünyadan köçsə də, indinin özündə uğrunda şəhid olduğu Vətənin hər daşında, qayasında, ən əsası xalqının ürəyindədir.
Doğma Azərbaycana sevgi lap kiçik vaxtlardan Elçinin ürəyinə hakim kəsilib. Bu sevgi ilə böyüdüyü üçün müstəqil həyata qədəm qoyanı tayqulaq Andranikin törəmələrinin Qarabağa təcavüzünü məğrur vicdanına sığışdıra bilməyib. Və məqamında döyüş meydanında yağıdan qisas almaq məqsədilə gələcək həyatını hərbiyə bağlamaq istəyib. 2010-cu ildə Heydər Əliyev adına Ali məktəbə daxil olub. 2015-ci ildə təhsilini başa vurub və peşəkar hərbçi olaraq Vətənin keşiyində durub. Qısa zaman kəsiyində saf vicdanı, cəsarəti, vətənpərvərliyi onu əsgərlərin, zabitlərin sevimlisinə çevirib. Əsgərləri öz komandirindən Vətəni necə sevməyi və doğma torpağı necə qorumağı öyrəniblər.
Bir ildən sonra Elçin öz xahişi ilə cəbhə bölgəsinə gedib, yağı düşmənlə qarşı-qarşıya dayanıb. Əzəli yurd yerimiz Qarabağın azadlığı naminə polad sinəsini ona sipər etməyə hazır olub. 4 il burada bölmə komandir vəzifəsini şərəflə yerinə yetirib. Özündən böyük komandirlərin bütün tapşırığını qeyd-şərtsiz, məsuliyyətlə, operativ və dəqiqliklə görüb. Erməni dığalarını məhv edib Şuşada olmaq istəyi ilə ürəyi döyünüb. Elə bütün bunlara görə keçdiyi təlimlərdən ən yaxşı döyüş hazırlığı qazanıb. Mükəmməl hərbiçi kimi düşmən üzərinə gedib ondan qisas alacağı məqamı gözləyib.
Nəhayət 2020-ci il 27 sentyabrda hər bir qeyrətli Azərbaycan oğlunun arzuladığı gün gəlib. Qəlbində yurd məhəbbəti, əlində silah kapitan Elçin Ağayev odlu-alovlu səngərdə düşmənə meydan oxuyub. Talış kəndinin, Suqovuşanın və Laçının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. İgid kapitan səngərdən-səngərə addımlayıb, hər qələbə qazananda ürəyinə yeni təpər, qollarına qeyri-adı güc gəlib. Vətənə olan ilahi məhəbbəti neçə-neçə ağır ölüm-dirim savaşında sübut edən Elçin oktyabrın 6-da Suqovuşanda dığalara qan qusdurub ürəyincə qisas aldıqdan sonra şəhid olub. Canını Vətəninə fəda etməklə xalqın qəlbində yenidən dünyaya gələn kapitan Elçin Ağayevin qəhrəmanlığı dövlət tərəfindən “İgidliyə görə”, “Vətən uğrunda”, Laçının və Suqovuşanın azadlığına görə medalları ilə təltif edilib .
Şəhidin atası Zakir kişi deyir:- Təkcə mən yox, bütün Azərbaycan xalqı oğlumla qürur duyur. O, Vətənini çox sevirdi, hətta onun yolunda ölməyi şərəf sayırdı.
Arzusuna çatdı. Axıtdığı qan 30 il əsir düşən Qarabağımızda üçrəngli qəlıbə bayrağına döndü. Getməyi tez və şərəfli oldu. 3 körpəsi - oğlu Zakir, Nigar və üzünü görmədiyi körpə balası Şuşa bizlərə əmanət qaldı. Övladları ilə bağlı arzuları çox idi. Sonuncu dəfə evdən çıxanda mənim adımı daşıyan övladına - oğluna sarılaraq deyib ki, evin kişisi sənsən artıq. Ən çox ürəyi Şuşanın azadlığı ilə döyünürdü. Biz də oğlum şəhid olandan 58 gün sonra dünyaya gələn qızına Şuşa adını verdik...

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 İyul 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri