İnsanların çoxu SSRİ nin dağılmasının nəticələrini tam dərk etmirdi
Azpost saytına istinadən Icma.az xəbər verir.
Vladimir Putin bəyan edib ki, insanların böyük əksəriyyəti SSRİ-nin dağılmasının və MDB-nin yaradılmasının nəticələrini tam dərk etmirdi.
“Sovet İttifaqı dağılanda və MDB-nin yaradılması elan ediləndə bizim ölkələrin vətəndaşlarının böyük əksəriyyəti nə baş verdiyini tam dərk etmirdi. SSRİ var idi, indi də MDB-dir”, – dövlət başçısı Tacikistana səfərinin yekunlarına dair mətbuat konfransı zamanı qeyd edib.
Rusiya prezidentinin sözlərinə görə, vətəndaşlar demək olar ki, heç nəyin dəyişməyəcəyinə inanırdılar. “Bununla belə, hər şey kəskin şəkildə dəyişdi” -deyə Putin vurğulayıb.
Bundan əvvəl Vladimir Putin SSRİ-nin Qərb ölkələri ilə daha sıx əməkdaşlığa can ataraq mövcudluğuna son qoyması barədə fikir bildirib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 10 Oktyabr 2025 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















