Qəbul olunan bəzi qanunları insanların çoxu dərk etmir Komitə sədri
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Hansısa çox ciddi bir məsələ olanda dinləmə keçiririk. Yenə də ona baxmayaraq, bir çox məsələlər, xüsusilə qəbul olunan bəzi qanunları insanların çoxu dərk etmir”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.
“Buna görə də belə bir problem yaranır. Biz çox yaxşı qanunlar qəbul edirik, amma onların icrası necə olmalıdır?! Bu istiqamətdə işimizi daha da gücləndirməliyik. Bəlkə də əlavə dinləmələr keçirməliyik, mütləq icraçı orqanları, QHT-ləri dəvət etməliyik”, - deyə komitə sədri bildirib.
Anar Kəlbiyev

Apteklərin çoxu tələblərə cavab vermir Komitə sədri
25 Aprel 2025 13:04
Komitə sədri Məclisdə qəbul keçirib
21 Fevral 2025 16:45
Komitə sədri Ağsuda qəbul keçirib
15 İyul 2025 09:34
Komitə sədri növbəti qəbul keçirdi FOTOLAR
14 Dekabr 2024 10:13
Ən təhlükəlisi insanların ələbaxan olmasıdır Komitə sədri
28 Noyabr 2024 12:28

