Icma.az
close
up
RU
İnsanların kitab oxumamağı məni heç vaxt narahat etməyib Ulucay Akif

İnsanların kitab oxumamağı məni heç vaxt narahat etməyib Ulucay Akif

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

İnsanların kitab oxumamağı məni heç vaxt narahat etməyib. Hətta bilirəm ki, bu, təkcə Azərbaycana xas tendensiya deyil, bütün dünyada kitab, ədəbiyyat, sənət bir qədər arxaya çəkilib. Ədəbiyyat, sənət dənizin sularının dönəm-dönəm qabağa gəlib sonra geri çəkilməyi kimi bu qabarmaları yaşayır. Qorxulu heç nə yoxdur burda.

“Kitab zamanı bitdi”, “Kitablar tarixə qovuşacaq” kimi fikirlər də məni heç vaxt ürkütməyib.

PDF kitablar, audiokitablar, daha nələr-nələr... heç biri əsl kitabı əvəzləmədi. Əvəzləyə bilməyəcək də.

İnsanlar həmişə özüylə təkbətək qalmaq istəyəndə, özünü axtaranda mütləq əlinə bir kitab alıb səhifələyəcək və bu fani yer üzündə bircə adam belə kitab oxusa, deməli, kitab yaşayacaq.

Hə, bu səbəbdən kitab oxuyanların azalmağı məni narahat etmir. Məni başqa məsələ narahat edir.

Məni kitab oxumayan adamların kitabdan, ədəbiyyatdan danışmağı narahat edir.

Ölkədə hamının kitab haqqında, ədəbiyyat haqqında fikri var.

Bizim adamlar kitab oxumasalar da yazıçının, ədəbiyyatın necəliyi haqqında fikir bildirirlər.

Məsələn, ömründə heç vaxt bədii əsər oxumayan, uzağı, hansısa detektiv romanı, ya özünüinkişaf, motivasiya kitabını vərəqləmiş birinə “Roman (hekayə, şeir) necə olmalıdır?” sualını versən uzun-uzadı danışacaq, hökmlər verəcək, iradlar tutacaq, tənqidlər bildirəcək.

Düzü, təkcə ədəbiyyata yox, hər şeyə qarşı beləyik. Bilmədiyimiz, başımız çıxmayan şeylər haqqında ağızdolusu danışmaqda heç kim əlimizə su tökə bilməz.

Məsələn, əlimə mikrofon alıb şəhərin ən elit yerlərində adamların canına düşsəm, soruşsam ki, Nizami Gəncəvi necə şairdir? Şübhəsiz, hamı, Nizamini oxuyan da, oxumayan da, adını sadəcə məktəb dərsliklərindən əzbərləmiş adamlar da yekdilliklə deyəcək: “Nizami Gəncəvi Azərbaycanın ən dahi şairlərindən biridir”.

Növbəti sualda “Nizami Gəncəvi niyə dahidir?” soruşsam, səssizlik çökəcək.

Deməli, biz Nizaminin də, Füzulinin də, digər dahi adlandırdığımız yazıçıların dahiliyini özümüz dərk etməmişik, kimdənsə eşitmişik, əzbərləmişik, yəni bu qənaətimiz də qulaqdandolmadır.

Eyni sorğunu bütün dahi adlandırdığımız yazıçı və şairlərimizə tətbiq edə bilərik. Nəticə dəyişməyəcək.

Məni narahat edən məsələ budur: adamların bilmədiyi mövzularda danışmağı.

Ağzının, sözünün üstündən vuranda da olursan pis, kobud, yekəxana.

Müasir yazıçılarımıza, gənc yazıçılara qarşı münasibəti görürəm. Oxuduğu ən sonuncu kitab “Təbiətşünaslıq”, “Əlifba”, “Ata yurdu” olanlar da nəsə deyir yazıçıların yazdıqları haqqında.

Şəxsən mən hekayələrim, şeirlərim, yazdıqlarım haqqında deyilən heç bir tərif və tənqidi qəbul etmirəm. Barmaqsayı adamlar var ki, onların fikirlərinə əhəmiyyət verirəm.

Nə yalan deyim, heç özüm də gecə-gündüz kitab oxuyan adam deyiləm, son illərdə isə xüsusilə azalıb kitab oxumağım. Düzdü, işim elə ədəbiyyat oxumaqdır, bütün günü oxuyuram yaxşı, pis mətnləri, amma bu oxumaqla o oxumaq arasında dağlar qədər fərq var. Biri oxumaqdı, biri mütaliə... Dağlar qədər fərqin arasında çox incə xətt var.

Yazıçı üçün mütaliənin nə qədər vacib olub-olmamağı isə başqa məsələdir, buna aid də ayrıca yazaram.

Bu yazıda demək istədiyim isə bəllidir: ədəbiyyat haqqında ancaq və ancaq ədəbiyyat oxuyanlar fikir bildirsin, yazsın. Ədəbiyyat oxumayanlar isə səmimiyyətlə “Vallah, mənim ədəbiyyatla aram yoxdu” deyib fikir bildirməkdən boyun qaçırsın, heç kim inciməyəcək.

Elnarə Akimova: "Bu qayıdış həm də başqa qayıdışdır" - Şərif Ağayarın yeni hekayəsi haqqında Galaxy Təqdimatı Yanvar 2025: Mobil AI Təcrübələrində Növbəti Böyük Sıçrayış Kamal Sunalın əfsanəvi "Zübük" filmi yenidən çəkilir
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://kulis.az
archiveBu xəbər 30 Yanvar 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri