Icma.az
close
up
RU
İnsanlığın əzəli dostu düşmənə çevrilir

İnsanlığın əzəli dostu düşmənə çevrilir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün paytaxt Bakıda, xüsusilə, şəhərətrafı qəsəbələrdə sahibsiz itlərin sayının günbəgün artması sakinləri ciddi narahat edir. Parklarda, təhsil müəssisələrinin, uşaq bağçalarının ətrafında, supermarketlərin, ictimai-iaşə obyektlərinin yaxınlığında dolaşan bu sahibsiz heyvanların baxışlarından həm qorxu, həm aclıq, həm də insanların laqeydliyinə qarşı bir təəccüb, təəssüf oxunur. Qışın şaxtasında donan, yayın istisində ləhləyən itlər, sanki ətrafdakılardan mərhəmət istəyirlər.

Səssiz sakinlər və görünməz ağrı

Bu emosional mənzərə ictimai, ekoloji və sanitar problem olmaqla bərabər, eyni zamanda, insan təhlükəsizliyi, şəhər estetikasının qorunması, eləcə də heyvanlara sahib çıxılması baxımından kompleks yanaşma və həll tələb edir. Yeri gəlmişkən, sahibsiz itlərin getdikcə artması təkcə Azərbaycana aid məsələ deyil. Hazırda dünyada milyonlarla küçə iti var və bir çox dövlətlər bu problemlə uzun illərdir ki, üz-üzədir. Lakin hər ölkə özünün sosial-iqtisadi, hüquqi və mədəni xüsusiyyətlərinə əsaslanaraq bu çətinliyin aradan qaldırılmasına çalışır və əksər hallarda buna nail olur.

Azərbaycanda isə sahibsiz itlərin sayı getdikcə çoxalsa da, problemin həlli istiqamətində elə bir ciddi tədbir görülmür. Düzdür, paytaxtda Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi əsasında yaradılan “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi səmərəli fəaliyyət göstərir. Qurum paytaxt ərazisində tutulmuş itlərin qısırlaşdırılması, peyvəndlənməsi və xəstə itlərin evtanaziyasını həyata keçirir. Hazırda belə mərkəzlərin sayının artırılmasına ciddi ehtiyac duyulur.

Qeyd edək ki, respublikamızda heyvanların mühafizəsi ilə bağlı indiyədək bir sıra normativ-hüquqi sənədlər hazırlanıb. Azərbaycan “Ev heyvanlarının mühafizəsi haqqında” 1987-ci il noyabrın 13-də Strasburq şəhərində imzalanan Avropa Konvensiyasına qoşulub, 2007-ci il mayın 31-də “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Bununla yanaşı, Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları” təsdiq edilib.

Adıçəkilən qaydalara görə, heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalıdır. İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən, Azərbaycanda heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə 500 manat məbləğində cərimə tətbiq edilir. Lakin buna baxmayaraq, problemin həllində hələ də elə bir ciddi irəliləyiş nəzərə çarpmır. Ekspertlərin fikrincə, çətinliyin aradan qaldırılması təkcə hökumətin öhdəsinə buraxılmamalıdır.

Bu məsələdə əsas vəzifə cəmiyyətin üzərinə düşür. Belə ki, ailələrin bir çoxu balaca, sevimli itlərini övlad kimi saxlayır, lakin heyvan böyüyüb baxılması çətinləşəndə, ya da yer-ünvan dəyişiləndə o, küçəyə buraxılır. Bu isə yeni “sahibsizlər” ordusunun yaranmasına gətirib çıxarır. Belə bir problemi həm də qanunvericilikdə boşluqların mövcudluğu və icra mexanizminin zəifliyi daha da ağırlaşdırır. Yuxarıda ev heyvanlarının mühafizəsi ilə bağlı imzalanan müəyyən qanun və qaydaların müsbət addım olduğunu diqqətə çatdırdıq, lakin həmin sənədlərin icrası, qeydiyyat sisteminin formalaşmaması və cərimələrin tətbiqi zamanı qeyri-səmərəlilik sözügedən problemin həllini çətinləşdirir.

Sahibsiz itlərin sayının davamlı artmasına paytaxt ərazisinin genişlənməsi və urbanizasiya amili də təsir göstərir. Bakıətrafı kəndlərdə və digər yaxın ərazilərdə yaşayan heyvanlar şəhər sərhədlərinin böyüməsi ilə sığınacaqsız qalır və yeni mühitə – insan axınına uyğunlaşmağa məcbur olur. Əlbəttə, bu məsələdə ictimai maarifləndirmənin zəifliyi də ciddi narahatlıq doğurur. Belə ki, bir çox insan sahibsiz itləri “təhlükə” kimi görür, lakin problemin kökünə varmır, məsuliyyət və mərhəmət hissinin cəmiyyətin inkişafının ölçülərindən biri olduğunu unudur.

Xarici təcrübə

Qeyd edək ki, bir çox xarici dövlətlərdə sahibsiz itlərlə davranışa dair təqdir olunası təcrübə var. Həmin ölkələrdə küçə itləri müvafiq qurumlar tərəfindən mütəmadi olaraq toplanılır, qısırlaşdırılır, vaksinasiya prosesi keçirilir və yenidən küçələrə, onlar üçün doğma olan yerlərə buraxılır. Belə olduqda həm heyvanların, həm də insanların həyatına heç bir təhlükə gözlənilmir.

Dünyada bu sahədə uğurlu təcrübə kimi Türkiyə, Almaniya və Niderland modelləri göstərilir. Xüsusilə, Niderlandın küçə itlərinin insanyönümlü metodlarla tədricən sığınacaqlara yerləşdirilməsi və sterilizasiya ilə nəzarət altına alınması örnək kimi qəbul edilir. Azərbaycan da bu modelin bəzi elementlərini tətbiq etməyə başlayır.

Burada bir məqama da diqqət çəkmək istərdik. Belə ki, bir sıra hallarda küçə itləri ilə bağlı cəmiyyət iki hissəyə bölünür: bir tərəf onları şəhərin “sevgi simvolu” sayır, digər tərəf isə “təhlükə mənbəyi” kimi görür. Əslində, hər iki baxışda müəyyən həqiqət payı var. Sahibsiz itlərin “təhlükə mənbəyi” olması fikrinə gəldikdə qeyd edək ki, tibbi-sanitariya baxımından hər bir küçə iti istənilən vaxt müəyyən risk yarada bilər. Burada itlərdən insana quduzluq viruslarının keçməsi, parazitlərə yoluxmaların baş verməsi və hücum hallarının yaşanması kimi faktlar misal ola bilər. Xüsusilə, uşaqlar və yaşlılar üçün belə təhlükələrin qarşısı vaxtında alınmalıdır. Lakin bu, heç də küçə itlərinin “yox edilməsi” anlamına gəlmir, bu, sahibsiz itlərin idarə olunmasını və nəzarət mexanizminin gücləndirilməsini tələb edir.

Bizdə də “Toplan” var

Ekspertlərin fikrincə, küçə itlərinin aqressiv davranışının əsas səbəbi aclıq, qorxu və pis münasibətdir. Başqa sözlə, problemin yaranması insan amili ilə bağlıdır. Çünki insan mərhəmət göstərəndə, heyvan aqressiyanı itirir. Deməli, təhlükənin kökünü yox etmək üçün, ilk növbədə, məsuliyyət və qayğı mədəniyyətini formalaşdırmaq lazımdır. Son illər Azərbaycanda bu istiqamətdə müsbət addımlar atılır. Bir sıra şəhər və rayonlarda sahibsiz heyvanların sterilizasiyası və vaksinasiya proqramları həyata keçirilir. “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzində fəaliyyət göstərən sığınacaqlar bu sahədə əsas rol oynayır.

Vətəndaşlar mərkəzə zəng edib hansı ərazidə sahibsiz itlərin olduğunu bildirir, əməkdaşlar isə həmin yerə gedib sahibsiz heyvanları toplayırlar. Qayğı Mərkəzində itlərə quduzluğa qarşı peyvənd vurulur, lazım gəldikdə sterilizasiya aparılır, qısırlaşdırılır, belə itlərin qulağına xüsusi birkalar taxılır. İtə birka taxılıbsa, bu, onun təhlükəsiz olması deməkdir. Belə itlər sonradan təbiətə təkrar buraxılır.

Eyni zamanda, bir neçə bələdiyyə və qeyri-hökumət təşkilatı heyvanların sahiblənməsi təşəbbüslərini irəli sürür, məktəblərdə və ictimai yerlərdə maarifləndirici aksiyalar təşkil edir. Bununla yanaşı, Dövlət proqramlarında artıq heyvanların qorunmasının ekoloji siyasətin tərkib hissəsinə çevrilməsi diqqət çəkir. Qanunvericilik səviyyəsində “insan – təbiət – heyvan” münasibətlərində balanslı yanaşma prinsipinin diqqətdə saxlanılmasına xüsusi önəm verilir.

İt təlimçisi Anar Cahanbəxşin sözlərinə görə, sahibsiz itlər bir çox Avropa ölkəsində sistemli şəkildə peyvəndlənir və sığınacaqlara yerləşdirilir. Orada müəyyən müddət qaldıqdan, sahiblənilmədikləri müəyyən edildikdən sonra bəzi hallarda evtanaziya (yunan mənşəli söz olub, hərfən mənası “yaxşı ölüm” deməkdir) tətbiq olunur. Təəssüf ki, Azərbaycanda sahibsiz itlərin sayı hələ də çoxdur. Onlar tez-tez toplanır, qısırlaşdırılır və peyvəndlənir, lakin bir çox halda yenidən küçəyə buraxılmaları bu tədbirlərin səmərəliliyini məhdudlaşdırır.

Hazırkı yanaşma kifayət qədər nəticə vermir, bu sahədə daha ciddi, sistemli və davamlı işlər görülməlidir. Təkbaşına dolaşan bir küçə iti adətən o qədər də təhlükəli olmur. Ancaq vurulan, döyülən və ya şimşək, avtomobil, fişəng və digər kəskin səslərdən travma alan itlər bəzi hallarda təhlükə yaradır. Qorxaq itlər sürü halında olduğu zaman aqressivləşə və hücuma meyilli ola bilir. Bu isə xüsusən itlərdən qorxan insanlar üçün daha təhlükəlidir. Çünki itlər insan jestlərindən qorxu və zəiflik hiss etdiklərini anlaya bilirlər. Belə vəziyyətdə it hücumuna məruz qalan biri hərəkətsiz dayanmalı, ayaqlarını və əllərini birləşdirərək “ağac vəziyyəti”ndə qalmalıdır.

İnsanlıq borcumuz

Ekspert A.Cahanbəxşin fikrincə, sahibsiz heyvanlar insanlar tərəfindən qıcıqlandırılır, sonra isə onlardan şikayət edilir. Mənim hazırda 4 itim var və onların hər birinin sosiallaşmasına, insanlara və digər itlərə qarşı mehriban olmalarına xüsusi diqqət yetirirəm. İtlərlə bu qədər yaxın təmasda olmaq mənə küçə itlərini daha yaxşı anlamağa kömək edir. Bir itin sahibsiz qalmasının, sahibindən ayrı düşməsinin, yuvasız və ac-susuz yaşamağın nə demək olduğunu yaxşı başa düşürəm. Bəzən öz itlərimlə küçədən keçərkən diqqətimi çəkən bir baxış görürəm – həmin küçə itininki həqiqətə tam uyğun olmasa da, dərindən həsrət və kədər ifadə edir.

Maşınların və insanların qabağından quyruğunu və qulaqlarını qısaraq keçən bir it diqqətimi çəkən zaman onun əvvəlcə nə gördüyünü, nə yaşadığını xəyalımdan keçirir və bu mənə dərin təsir edir. Bəlkə inanmazsınız, amma bu dünyada ən çox kömək etmək istədiyim, tək-tək hər birinə yardım etmək istədiyim itlərdir. Yağışda büzüşüb hasarın dibinə sığınan, günəşin altında uzanan, ümidsiz halda zibil qutularını qarışdıran, asfaltda toplanan çirkli sudan içməyə çalışan bir itin döyülməsi onun nə vaxtsa insana hücumunu istisna etmir.

Sonda bildirək ki, ibtidai cəmiyyətdən itlər insanlara sığınmış, min illər boyu onunla bir ocağın istisinə qızınmış ilk heyvanlardır. Bu “dostluq” bu gün də davam edir, çox sayda insan mənzilində “nəcib” itlər saxlayır, onunla dilbirlik yaradır. Deməli, insanlara sadiqliyini bu gün də qoruyub saxlayan bu canlıların qayğıkeş sahibi olmalıdır.

İtləri dostluğumuzda saxlamaq hamımızın borcudur. İlk növbədə isə bu işə məsul qurum olmalıdır.

Vaqif BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri