Icma.az
close
up
RU
İnsanlıq tariximizin qara ləkəsi: Ağdaban qətliamı...

İnsanlıq tariximizin qara ləkəsi: Ağdaban qətliamı...

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Zaman-zaman Azərbaycana mənfur düşmənlər tərəfindən hücumlar olub və qətliamlar törədilib.

Əlbəttə, hər bir hücum ayrı-ayrılıqda faciədir, ancaq insanlıq adına elə faciələr var ki, onları nə qədər ifadə edirsənsə et, yenə də alınmır. Heç nə bu yaraları dindirmir.

Belə faciələrdən biri də “Ağdaban faciəsi”-dir.

İnsanlıq tarixinin qara ləkəsi olan bu faciənin kədəri sözlə ifadə edilə bilməyəcək qədər böyük və dərindir.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, səkkiz nəfər 90-100 yaşlı qoca, iki azyaşlı uşaq, yeddi qadın diri-diri yandırılıb.

Bu azmış kimi, ermənilər mədəni irsi də məhv etməyi unutmayıb. Mədəni irsi məhv etmək üçün davam edən vandalizm siyasətinin davamı olaraq, burada da şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

İşğalçılar Ağdabanın digər mədəniyyət abidələrini də məhv ediblər.

Zamanında faciəyə hüquqi-siyasi qiymət verən Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

Ağdaban faciəsi Xocalı, Xatın və Sonqimi soyqrımı siyasətinin dəhşətli təkrarı kimi xarakterizə edilir.

Bu günun ən əhəmiyyətli tərəfi ondan ibarətdir ki, artıq o faciələr törədilən yerlər də özümüzə qayıtdı. 

Düzdür, heç nə bu yaranı soyuda bilməz, ancaq az da olsa təskinlik üçün yaxşıdır.

Torpaqlarımız işğaldan azad olunandan sonra həm Ağdabanlılar, həm də elə digər bölgələrdən olanlar İlham Əliyevə xüsusi təşəkkür etmişdilər ki, onların üçün ağrılı-acılı olan bu yerlərin qaytarılması bəşəri hadisədir.

Ağdaban sakini, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Cavid Qurbanov da İlham Əliyevə məktub yazaraq, minnətdarlığını bildirmişdi.

Həmin məktubda deyilir:

“Əsrlər boyu mənfur qonşumuzun xalqımıza qarşı törətdiyi qanlı cinayətlər, soyqırımlar tariximizdə, milli-mənəvi yaddaşımızda dərin izlər buraxmışdır. 1918-ci ilin mart, 1992-ci ilin Xocalı soyqırımı hadisələrinin davamı kimi, erməni vandalları 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində də xalqımıza qarşı amansız soyqırımı törətdilər. Bu soyqırımı aktı zamanı onlarla dinc sakin qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi, insanlar diri-diri yandırıldı, kənd tamamilə yerlə-yeksan edildi. Erməni vandalları məqsədli şəkildə ədəbi irsimizə qəsd edərək klassik ədəbiyyatımızın və el sənətimizin tanınmış nümayəndələri ağdabanlı Şair Qurbanın və Aşıq Şəmşirin nadir əlyazmalarını yandırıb kül etdilər. Hadisənin miqyasına, baş verən faciənin dəhşətlərinə rəğmən, həmin dövrdə ölkəmizə rəhbərlik edənlər nəinki qanlı hadisənin faktlaşdırılmasına, sənədləşdirilməsinə və dünyaya çatdırılmasına cəhd göstərdilər, hətta həlak olanların yaxınlarına belə adi başsağlığı vermədilər. Yalnız ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə 20 Yanvar faciəsi, 1918-ci il mart və Xocalı soyqırımları kimi, Ağdaban soyqırımına da siyasi qiymət verildi. Birinci Qarabağ müharibəsi zamanı xalqımıza qarşı törədilmiş müharibə cinayətlərindən bəhs edərkən Xocalı soyqırımı ilə yanaşı, Ağdaban soyqırımını da qeyd etməyiniz hər bir ağdabanlının, kəlbəcərlinin yarasına məlhəm, faciə qurbanlarının ailələrinə böyük təsəllidir. Bu gün çox qürurluyuq ki, Sizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ardıcıl səyləri nəticəsində artıq bütün dünya Azərbaycan həqiqətlərini qəbul edir. Siz də bildiyiniz kimi, Ağdaban kəndi strateji baxımdan bölgə üçün mühüm əhəmiyyətə malik olmaqla yanaşı, mənəvi cəhətdən də böyük önəm daşımaqdadır. Ağdaban Azərbaycan ədəbiyyatına, minillik ozan sənətimizə Şair Qurban, Dədə Şəmşir kimi görkəmli şəxslər bəxş etmiş bir kənddir. Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyev ağdabanlı Dədə Şəmşirin yaradıcılığına böyük dəyər verərək, onun 80 və 110 illik yubileylərinin qeyd edilməsi ilə bağlı qərarlar qəbul etmiş, Aşıq Şəmşiri “Şərəf” nişanı və “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif etmişdir. Aşıq Şəmşir Heydər Əliyevin müdrik siyasətinin alovlu təbliğatçısı olmuş, əsərlərində xalqımızın böyük oğlunun parlaq obrazını yaratmışdır. Aşıq Şəmşirin 125 illik yubileyinin keçirilməsi haqqında Zati-alinizin imzaladığı #Sərəncam ustad sənətkarın irsinə verilmiş yüksək qiymətin növbəti bariz nümunəsidir. Möhtərəm cənab Prezident, Sizin rəhbərliyiniz, Ali Baş Komandan kimi yenilməz sərkərdəlik məharətiniz və Milli Ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər hər birimizin qəlbini böyük fərəh və qürur hissi ilə doldurmuşdur. Vətən müharibəsindəki parlaq Qələbəmiz həm də Ağdaban soyqırımını törədənlərin üzərində qazanılmış tarixi Zəfərdir. Şükürlər olsun ki, bütün şəhidlərimiz kimi, Ağdaban şəhidlərinin də qisası alındı, ruhları şad oldu. Bu gün işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Kəlbəcərdə aparılan nəhəng quruculuq işləri bütün kəlbəcərliləri, o cümlədən ağdabanlıları böyük gələcəyə və işıqlı sabahlara ümidləndirir. Çox xoşbəxtik ki, bu gün Sizin tapşırığınızla Kəlbəcərə, Ağdabana yeni abad yollar çəkilir, infrastrukturun qurulması üzrə tədbirlər görülür. İnşallah, ən yaxın müddətdə Sizin başçılığınız altında sakinlərimiz doğma dədə-baba yurdlarına dönəcək və əvvəlki şad-xürrəm həyatlarını daha gözəl şəkildə davam etdirəcəklər. Allah Sizi, ailənizi, xalqımızı və dövlətimizi qorusun”.

Beləliklə, dediyimiz kimi, nə yazılmasından asılı olmayaraq, heç nə bu faciələri unutdura, dindirə bilməz. Ancaq onu da qeyd etdiyimiz kimi, bu gün Ağdabanın da işğaldan azad olunması Azərbaycan xalqı üçün böyük təsəllidir.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Aprel 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri