Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Yaxın tariximizin Ağdaban qətliamı

Yaxın tariximizin Ağdaban qətliamı

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Ötən əsrin son illərində erməni təcavüzkar siyasətinin məntiqi olaraq məlum tarixi torpaqlarımız işğal olundu. Statistik rəqəmlərdə qeyd olunduğu kimi, təcavüz nəticəsində 20 minə yaxın azərbaycanlı qətlə yetirilib, 100 min nəfər yaralanıb, 50 mindən çox adam əlil olub. Bu rəqəmlərdən aydın olur ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilik, vandallıqdır. Azyaşlıya qıyan, onu yetim qoyan, insanları şikəst, kor edən, əlil edən, bir ailənin faciəsinin müəllifi olan bir "xalq"ı öz adı ilə çağırmalıyıq. Əgər Ermənistan işğal etdiyi ərazilərdə (işğal dövrıündə) 900-ə yaxın yaşayış məntəqəsi, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 131 minə yaxın ev, 1025 məktəb, 798 səhiyyə obyekti, eləcə də 927 kitabxana, 100-dən artıq arxeoloji abidə, həmçinin 454 tarixi abidə və muzey, 40 mindən artıq muzey eksponatı erməni təcavüzünün qurbanı olubsa, buna vəhşi, təcavüzkar "xalq"ın vandallığından başqa ad vermək olmaz.

Əlbəttə ki, terrorçunun milliyyəti və sərhədi yoxdur. Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terrorçuluğun törətdiyi əməllərin qanlı izləri bizlərə yaxşı tanışdır. Ermənistanın insan tələfatına nail olmaq məqsədi həyata keçirdiyi terror aktları nəticəsində minlərlə günahsız insan həlak olmuşdur. Tarix boyu özgə torpaqlarına göz dikən və terrorçu əməlləri ilə qınağa çevrilən ermənilər günahsız insanların ölümünə səbəb olublar. Ərazisi, mədəniyyəti, mətbəxi, tarixi olmayan ermənilər tarixi, irsi, mədəniyyəti ilə dünyanın marağında olan bir dövlətlə Azərbaycanla qonşudurlar. Müasir dünyamız 200 il ilə müqayisədə ciddi şəkildə dəyişmiş olsa da təssüflər olsun ki, erməni cildi dəyişməyib. Ermənilərin hər bir hərəkəti, ümumilikdə siyasəti məkrlidir. Mülki əhalinin, xüsusilə qadınların və uşaqların, ahılların Ermənistan hərbi qüvvələrinin hədəfinə çevrilməsi onların tarixi kimliyinə söykənir. Vətən müharibəsinə qədər, eləcə də, həmin zamanda erməni terroçuların törətdikləri əməllər dünyanın gözü qarşısında baş verib.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində, insan hüquqları kobudcasına pozulub, etnik təmizləmə siyasəti və terror aktları günahsız azərbaycanlının həyatına son qoyulub.

Ermənistanın qanunsuz, beynəlxalq konvensiyalara ziddir əməllərindən, xalqımıza qarşı törətdikləri qətliam, soyqırımı və faciələrdən yazarkən böyük bir xalqın kiçik bir "dövlət"in terrorizminə, vandallığına məruz qaldığını görürük. Yaşadığımız acı nəticələr xalqımızın tarixinin müxtəlif dönəmlərində 200 ilə qədər olan tarixində silinməz izlər saldığı hər kəsə yaxşı bəllidir.

KÜTLƏVİ QIRĞINLARLA MÜŞAYİƏT OLUNAN DEPORTASİYALAR

Yaxın tarixi keçmişimiə nəzər salsaq görərik ki, bir-birinin ardınca Xocalı soyqırımını, 31 Mart Azərbaycanlıların Soyqırımı günlərini, Başlıbel faciəsini xatırlayıb ermənilərin xalqımızın başına açdıqları bu və digər oyunların insanlarımıza nə qədər acılar və ağrılar yaşatdığının bir daha şahidi olduq. Hadisələri gedişi göstərir ki, təkrarlanan bu hadisələr ermənilərin "Böyük Ermənistan" yaratmaq istəklərini reallaşdırmaq, özgə torpağı üzərində "ərazisini" genişləndirmək niyyəti daşıyır. Tarixin müxtəlif dönəmlərində torpaq itkilərinə, fəlakət və böyük dağıntılara məruz qalan Azərbaycana sarsıdıcı zərbələr vurmaqda davam ediblər.

Tarixdən məlumdur ki, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri bağlanıldıqdan sonra ermənilər kütləvi surətdə Azərbaycan ərazilərinə yerləşdiriliblər. Bu siyasət uzun illəri əhatə etmiş və ermənilər Azərbaycan torpaqları hesabına öz coğrafi ərazilərini kifayət qədər genişləndirə bilmişlər. Ötən əsrdə 1948-1953-cü illərdə azərbaycanlılar Ermənistandan çıxarıldı, daha sonra isə 1988-ci ildə kütləvi qırğınlarla müşayiət olunan deportasiyaya məruz qaldılar. Təbii ki, doğma el-obasından qovulan azərbaycanlılar həm insan, həm də böyük maddi itkilərə məruz qalmış oldular.

KƏLBƏCƏRİN AĞDABAN SƏHİFƏSİ

Qarabağ savaşının ən dəhşətli faciələrindən biri olan Ağdaban soyqırımından 33 il ötür. 1992-ci ilin aprel ayının 8-də baş verən Ağdaban soyqırımı tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Azərbaycanın gözəl guşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımıdır. Xocalı faciəsində bir gecənin içində bir şəhər yer üzündən silindiyi kimi, Ağdaban soyqırımı zamanı da bütöv bir kənd tamamilə yandırılmış, yüzlərlə dinc sakinə qeyri-insani işgəncələr verilmiş və yurdundan didərgin salınmışdır. Faciə baş verən zaman səhərə yaxın erməni quldurları Ağdaban yalında keşik çəkən 3 nəfəri qətlə yetiriblər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub, səhər saat 6-da silahlarla nərilti qoparmağa başlayıblar. Qəfil yuxudan oyanan kənd camaatı özünü itirib. Erməni qarətçiləri planlı surətdə hərəkət ediblər. Belə bir vəziyyətdə aprelin 8-də Ağdərə rayonunun Capar kəndi istiqamətindən Dədə Şəmşirin kəndi Çayqovuşan və Ağdaban kəndlərinə erməni quzğunları hücum ediblər. Erməni quldurları tərəfindən kənd sakinləri amansızcasına öldürülüb, kənd evlərinin əksəriyyəti yandırılıb və qarət edilib. Aşıq Şəmşirin evi və zəngin arxivinə od vurularaq, külə döndərilib. Ağdaban faciəsi Kəlbəcərin ən kədərli, sözlə ifadəsi çətin olan səhifəsidir.

7 NƏFƏR QADIN DİRİ-DİRİ ODDA YANDIRILDI

Faciə zamanı 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir.

İstər hərb qanunlarına, istərsə də bütün dünyada qəbul olunmuş insan hüquq və azadlıqlarına dair konvensiyalara sığmayan faciəyə "imza atan" erməni qəsbkarları qırğın zamanı Kəlbəcər rayonunun bu dilbər guşəsində, eyni zamanda, bütün tarixi abidələri, qaynaqları da məhv ediblər. Ağdaban qırğınının səhəri günü - aprel ayının 9-da camaat hər yerdən gəlib rayon mərkəzinə toplaşıb. Xalqın iradəsi ilə "Kəlbəcərin müdafiəsi üçün fövqəladə yardım komitəsi" yaradılıb. Komitə, qısa müddət ərzində, böyük tədbirlər həyata keçirib. Orduya kömək xeyli artırılıb. Əhalidə müdafiə olunacağına ümid yaranıb. Ermənistan Respublikası "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni Sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq, Azərbaycanın mədəni sərvətlərini talamışdır.

KƏLBƏCƏRƏ HÜCUM AĞDABANDAN BAŞLAYIB

1993-cü il mart ayının 27-də erməni fitnəkarları yenə də Kəlbəcərə hücumu Ağdabandan başlayıb. Ermənilər Ağdaban kəndinə hücum edib və onu ikinci dəfə viran ediblər. Bu gün şəhid kənd və şəhərlərin, faciə, soyqırımı qurbanları olanların qisası alındı. Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsinə baxmayaraq, Ali Baş Komandanın siyasi iradəsi, dövlətimizin gücü. rəşadətli ordumuzun dönməzliyi həsrətlə yolumuzu gözləyən tarixi torpaqlarımıza yol açdı. İşğal altında olan şəhər, kənd və qəsəbələrimiz Azərbaycan ordusu tərəfindən azad olundu. 2020-ci ilin sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsi qələbəmizlə sona çatdı. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan məğlub edildi.

Ermənistan ötən əsrin 90-cı illərində olduğu kimi, Vətən müharibəsində də törətdikləri terrorçuluq əməllərinin şahidi olduq. Ən dəhşətlisi gecə yatmış insanlara qarşı belə cinayətin törədilməsi zamanımızın qaniçənliyidir, bu insanlar yer üzünün lənətlənmişləridir. Vətən müharibəsində ermənilərin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması onların çirkin niyyətlərini göz önündə canlandırdı. Uşaq, qoca terrora məruz qaldı. Elə Bərdə də yaşanılan hadisələr ermənilərin faşist əmməllərini təsdiqlədi. Beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələrini endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını ortaya qoymuş oldu. Vətən müharibəsində dünyanın gözü qarşısında cinayətlər törədən ermənilər bir daha faşist ideologiyalarını ortaya qoymuş oldular.

"XXI ƏSRİN ƏLAMƏTLƏRİ HƏR BİR ÖLKƏ ÜÇÜN ƏSAS OLMALIDIR"

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Ermənistanda başa düşməlidirlər ki, biz artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir ölkə üçün əsas olmalıdır". Dövlət başçısı onu da qeyd etmişdir ki, biz istəyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin: "Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir".

Uzun illər dövlət başçısının apardığı danışıqlara baxmayaraq, Ermənistan təcavüzkar siyasətindən əl çəkmədi. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan döyüş meydanında məğlub oldu.

Qarabağ uğrunda Ermənistan və Azərbaycan arasında baş vermiş 44 günlük Vətən müharibəsinin Zəfər ilə başa çatmasından sonra bölgədə nəinki yeni siyasi, eləcə də yeni iqtisadi vəziyyət yaranıb. Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngin olan diyardır. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 27 il idi ki, Ermənistan tərəfindən talan edilirdi. İşğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ faydalı qazıntı yataqları mövcud olub. Faktlara nəzər salsaq, görərik ki, Kanadanın First Dynasty Mines şirkəti Kəlbəcərin "Söyüdlü" qızıl yatağının istismarı ilə məşğul olub. Bu beynəlxalq konvensiyalara zidd əməldir. Artıq Azərbaycan öz tarixi torpaqlarına sahibdir. Bütün sərvətlərinin – yeraltı və yerüstü sərvətlərinin sahibidir.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Aprel 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see660

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see465

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see271

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see252

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see243

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see236

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see223

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see220

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see216

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see216

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see216

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see211

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see203

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see195

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see193

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see189

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see186

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

09 Sentyabr 2026 02:40see178

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see177

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri