Icma.az
close
up
RU
İnsesti adiləşdirirlər, insanlar küyə gedirlər Sosioloq

İnsesti adiləşdirirlər, insanlar küyə gedirlər Sosioloq

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Serial və kinolar illərdir ki, insanların həyatında böyük rol oynayır. Müasir dövrdə isə serialların və filmlərin təsiri daha da güclənib. Xüsusilə sosial mediada və platformalarda yayımlanan seriallar gündəlik həyat tərzinə birbaşa təsir göstərir. Gənclər sevdikləri personajların davranışlarını mənimsəyir, onların danışıq üslubundan və geyim tərzindən ilham alırlar. Bundan əlavə, kino və seriallar cəmiyyətin dəyərlərini və baxış bucağını formalaşdırır, bəzən isə dəyişdirir. 

Bəs bu seriallar cəmiyyətin dəyərlərinə, gənclərin dünyagörüşünə və gündəlik vərdişlərə necə təsir edir? 

Mövzu ilə bağlı Ölkə.az-a danışan sosioloq Lalə Mehralı bildirib ki, kinoya, seriala baxan iki fərqli adam onu fərqli formada qəbul edir. 

Onun sözlərinə görə, birinin normal baxdığı digərinə absurd gəlir, birinin sıradan hesab elədiyi başqası üçün heyrətamizdir:

"Bu tamamilə insanın mədəni zövqü, intellekti, zəkası və analiz qabiliyyətinə bağlıdır. Ona görə də serial kiməsə dağıdıcı, kiməsə ibrətamiz təsir bağışlaya bilər. Biri o serialda anormal bir şey görəndə ondan dərs çıxarır, biri isə anormal nə isə görəndə onu normallaşdıraraq qəbul edə bilir. 

Amma ümumilikdə serialların, cəmiyyətin əxlaqi dəyərlərinə, normalarına təsir etməsi pis haldır. Çünki cəmiyyətdə hər kəs intellektli, savadlı deyil, hər kəsin unikal analiz qabiliyyəti yoxdur. Bu bir az küyə getmə məsələsidir. Hansısa serial dəbə minirsə və ona baxan insanların sayı çoxdursa, bu başqalarını da cəlb edir. Bir növ küyə gedərək baxırlar. Bütün seriallarda demək olar ki, insest münasibətlər göstərilir. Ya dolayı, ya da birbaşa yolla. Bu da təbii ki, intellekti, analiz qabiliyyəti olmayan qisim üçün təhlükəli vəziyyətdir. Onların gözündə vəziyyəti normallaşdırırlar. Artıq onların alt şüuruna yerləşib ki, insest münasibətlər normaldır, ailədaxili sevgi münasibətləri adiləşə bilər və hər kəsin başına gələ bilər. Yəni bu cür seriallarla həmin vəziyyətləri adiləşdirirlər. 

Qlobal moda mafiyasının bazarını çiçəkləndirmək üçün seriallar çox yaxşı və gəlirli biznesdir. Çünki serialların vasitəsi ilə gənclərin şüuruna, zövqünə təsir edə bilirlər. Tutaq ki, o serialda bir paltar görür və israrla onu almağı tələb edir. Bunun üçün nə qədər pul lazımsa xərcləyir. Bununla da seriallar davamlı istehlakçı da yaradır. Geyim istehlakçısı, məkan istehlakçısı, ümumilikdə davamlı pul xərcləyən bir cəmiyyət formalaşdırırlar".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Fevral 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri