Qurban Qurbanov: Müsbət nəticə ilə dönmək üçün ən yaxşısını etməyə çalışacağıq
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 3-cü turu çərçivəsində səfərdə "Atletik"in qonağı olacaq.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu bu gün İspaniyaya yola düşüb. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov səfər öncəsi açıqlama verib. 53 yaşlı mütəxəssis Bakıya yaxşı nəticə ilə qayıtmaq üçün çalışacaqlarını bildirib:
"Üstünlük bəlkə də rəqib tərəfdədir. Həm öz meydanlarında oynayırlar, həm də bu matça çox ciddi hazırlaşacaqlar. 2 turdan sonra xalları yoxdur. Bu komandaya qarşı sona kimi dözməyə çalışacağıq. Rəqibin son matçlarına baxmışam. Oyunlarında dinamika yüksək olur, sürətli hücumlara çıxırlar. "Atletik" rəqib cərimə meydançaasına topla ən tez gedən komandalardan biridir. Həm bizim üçün, həm də rəqib üçüb vacib qarşılaşmadır. Müsbət nəticə ilə dönmək üçün ən yaxşısını etməyə çalışacağıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 20 Oktyabr 2025 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















