Icma.az
close
up
RU
İnsulin vuran zaman bunlara əməl edin QAYDALAR

İnsulin vuran zaman bunlara əməl edin QAYDALAR

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatışmazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur.

İnsulin qlükozanı yağ hüceyrələrinə daxil etməklə yağ tutumlu maddələrin sintezini gücləndirir, hüceyrənin enerji alma prosesini aktivləşdirir və yağların parçalanmasını ləngidir. İnsulinin təsiri altında natrinin hüceyrələrə daxil olması güclənir.

İnsulinin işinin pozulması onun hazırlanmasının çatışmamazlığı və yaxud onun toxumalara təsirinin pozulması ilə əmələ gəlir. İnsulin hormonunu hasil edən Langerhans adacıqlarının mədəaltı vəzdə autoimmun prosesler nəticəsində dağılması, insulin hasilinin çatışmazlığını əmələ gətirir və nəticədə 1-ci tip şəkərli diabet yaranır.

2-ci tip şəkərli diabet insulin təsirinin pozulması və ya insulinin çatışmazlığı nəticəsində əmələ gəlir.

Məlumdur ki, diabetli xəstələr qan şəkərlərinin normal dəyərlərdə qalması üçün insulin inyeksiyalarından istifadə edirlər. Buna görə də inyeksiyanın düzgün vurulma qaydalarını bilmələri vacibdir. Endokrinoloq Nadirə Ağazadə insulinin düzgün vurulma qaydalarını bu cür sıralayıb:

- İnsulin dərialtı vurulmalı və vurulan nahiyənin təmizliyinə diqqət edilməlidir.

- İnsulin inyeksiyaları həkimin dediyi saatlarda vurulmalıdır.

- İnsulin iynə uclarının 2 dəfədən artıq istifadəsi məsləhət deyil və tez-tez dəyişdirilməlidir.

- İnsulin vurulduqdan sonra 5-6 saniyə gözləməli və insulinin yeridilməsinə əmin olduqdan sonra iynə çıxarılmalıdır.

- İnsulini dondurmaq və ya isitmək olmaz. Günəş görməyən və nəm olmayan yerlərdə saxlanılması məsləhətdir. İsti aylarda soyuducunun alt qatında saxlanılmalı, amma istifadədən qabaq 15 dəqiqə otaq temperaturunda qalaraq, sonradan vurulmalıdır.

- İnsulin vurulan yeri massaj etmək, isti qoymaq məsləhət deyil.

İnsulin vurmaq üçün ən uyğun nahiyələr qarın, bud, qol və sağrıdır. Hər dəfə insulin inyeksiyası vurulduqda bu bölgələrin yeri daim dəyişdirilməlidir. Eyni yerlərə insulinin vurulması lipodistrofiyalara - dərialtı piy toxumasında çöküntülərin və ya dərialtı piy toxumasının yumrulaşmalarına gətirib çıxarır. Ona görə insulin vuran xəstələr vurulan nahiyələri özləri əl ilə müayinə etməlidirlər. Əlin altında yumrular varsa, bir müddət həmin yerə insulin vurmamalı, həkimə getdikdə bu barədə məlumat verməlidirlər.

Aile.lent.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 20 Noyabr 2024 05:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri