Icma.az
close
up
RU
İnsult və ürək xəstəliklərindən xilas olacağınız vərdiş

İnsult və ürək xəstəliklərindən xilas olacağınız vərdiş

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Mütəxəssislər bildirir ki, xolesterinin yüksək səviyyəsi çox vaxt səssiz təhlükə adlandırılır. Bu vəziyyət irsi amillərlə əlaqəli ola bilsə də, əksər hallarda həyat tərzinin təsiri nəticəsində formalaşır. Eyni zamanda həkimlər vurğulayır ki, gündəlik vərdişlərdə cəmi iki əsas dəyişiklik etməklə xolesterini aşağı salmaq mümkündür.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Böyük Britaniyanın Milli Səhiyyə Xidməti xəbərdarlıq edir ki, qanda xolesterinin artıq olması damarların daralmasına və tutulmasına səbəb ola bilər. Bu isə ürək-damar xəstəlikləri və insult riskini əhəmiyyətli dərəcədə artırır.

Həkimlərin sözlərinə görə, yüksək xolesterin adətən aydın simptomlar vermir və yalnız qan analizi vasitəsilə aşkarlanır.

Mütəxəssislər qeyd edirlər ki, xolesterinin azaldılmasının əsas yolları balanslı qidalanma və müntəzəm fiziki aktivlikdir. Qidalanma və epidemiologiya üzrə professor Frank Hu bildirir ki, fiziki fəaliyyət zamanı “yaxşı” xolesterin aktivləşir.

Bu xolesterin növü qan dövranında hərəkət edərək damar divarlarında yığılan yağları toplayır və onları qaraciyərə çatdırır. Nəticədə bu maddələr orqanizmdən xaric olunur, aterosklerotik lövhələrin yaranma riski azalır və ürək-damar ağırlaşmalarının qarşısı alınır.

Nyu-York Universitetinin tədqiqatçısı Andrea Glenn isə qidalanmanın roluna xüsusi diqqət çəkərək “portfel pəhrizi” adlanan yanaşmadan bəhs edir. Onun sözlərinə görə, bu pəhrizin xolesterinin aşağı salınmasında effektivliyi elmi şəkildə sübut olunub.

Portfel pəhrizi rasiona soya məhsullarının, o cümlədən tofu, bitki mənşəli zülal mənbələri olan lobya, noxud və mərciməyin, eləcə də yulaf, arpa, alma, giləmeyvə və sitrus meyvələrindən alınan bol lifin daxil edilməsini nəzərdə tutur. Bundan əlavə, qidalanmada qoz-fındıq, toxumlar, avokado və xüsusilə zeytun yağı kimi faydalı bitki yağlarına üstünlük verilir.

Alimlər yüksək xolesterin səviyyəsi olan təxminən 440 nəfər üzərində aparılan araşdırma zamanı müəyyən ediblər ki, bu pəhriz xolesterini 30 faizə qədər azalda bilir. Bu nəticə effektivliyinə görə 1990-cı illərdə istifadə olunan ilk statin preparatlarının təsiri ilə müqayisə olunur.

Təxminən 30 il davam edən başqa bir genişmiqyaslı tədqiqat isə portfel pəhrizinə əməl edən insanlarda ürək xəstəliklərinin inkişaf riskinin 14 faiz daha az olduğunu göstərib.

Mütəxəssislər bildirir ki, bu effekt qidaların xolesterinə eyni vaxtda bir neçə mexanizm vasitəsilə təsir etməsi ilə izah olunur.

Bitki zülalları xolesterinin mənimsənilməsində iştirak edən maddələrin sintezini azaldır, qida lifləri onun bağırsaqlarda sorulmasının qarşısını alır, qoz-fındıq isə orqanizmi faydalı yağlar və bioloji aktiv maddələrlə təmin edərək “pis” xolesterinin səviyyəsini aşağı salır.

Andrea Glenn vurğulayır ki, həyat tərzini köklü şəkildə dəyişmək mütləq deyil. Kiçik addımlar, məsələn, səhər yeməyinə qoz əlavə etmək və ya qırmızı əti noxud və tofu ilə əvəzləmək belə sağlamlıq üçün nəzərəçarpacaq fayda verə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 Yanvar 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri