İnsult, ürək xəstəlikləri və diabetdən xilas edən MƏHSULLAR
Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Orqanizmdə mikrodozalarda olan bir çox minerallar orqanizmin fəaliyyətinə çox böyük təsir edir. Bu minerallardan biri maqneziumdur.
Saglamolun.az bildirir ki, maqnezium ürəyi qoruyur, qan dövranını yaxşılaşdırır, damarları genişləndirir, ağciyərin fəaliyyətini tənzimləyir, qlükozanın mübadiləsində və insulinin ifrazında iştirak edir.
Böyük Britaniya alimləri araşdırmalar nəticəsində sübut ediblər ki, maqneziumla zəngin olan məhsullar orqanizmi ürək xəstəliklərindən, insultdan və diabetdən qoruyur.
Həmçinin alimlərin fikrinə görə, miqren, əsəbilik, depressiya, yorğunluq kimi pozulmalar da orqanizmdə maqneziumun çatışmazlığı ilə bağlıdır.
Maqneziumla zəngin olan məhsullar bunlardır:
- tünd şokolad
- kahı, ispanaq, turşəng
- qoz-fındıq
- günəbaxan, balqabaq tumları
- qəhvəyi düyü, arpa, yulaf
- lobya, mərci
- banan
- meyvə quruları
- avokado.
Alimlər maqneziumla zəngin olan qidaları rasionda artırmasını tövsiyə edirlər.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 15 Noyabr 2024 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















