İnsultdan sonra beyin gəncləşirmiş l Yeni kəşf
Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
İnsultla bağlı araşdırmalar aparan alimlər beyində qeyri-adi funksional dəyişikliklərin baş verdiyini aşkar ediblər. Tədqiqat müəllifləri qeyd edir ki, bu dəyişikliklər beynin bəzi sahələrində toxumaların "cavanlaşmasını" müşahidə ediblər.
AzVision.az xəbər verir ki, bununla bağlı "The Lancet Digital Health" jurnalında məlumat dərc edilib.
Qeyd olunur ki, araşdırma çərçivəsində müxtəlif ölkələrdə fəaliyyət göstərən tədqiqat mərkəzlərində 500-dən çox pasiyentin MRT nəticələri təhlil edilib. Süni intellekt əsaslı modellər vasitəsilə “beyin yaşı” göstəricisi hesablanaraq, toxumaların vəziyyəti ilə pasiyentlərin faktiki yaşı müqayisə olunub.
Nəticələrə görə, zədələnmiş nahiyələrdə qocalma prosesinin sürətlənməsi müşahidə edildiyi halda, əks yarımkürədə bunun əksinə tendensiya qeydə alınıb. Bu fərq xüsusilə diqqət, planlaşdırma və hərəkət koordinasiyasına cavabdeh sahələrdə daha aydın görünüb.
Tədqiqatçılar hesab edir ki, müşahidə olunan dəyişikliklər bərpadan çox, beynin kompensasiya mexanizmləri ilə bağlıdır və sağlam sahələrin öz üzərinə əlavə funksiyalar götürməsi ilə izah olunur.
Alimlər bu proseslərin dinamikasını izləməklə daha effektiv və fərdiləşdirilmiş reabilitasiya metodlarının hazırlanmasını planlaşdırırlar.
Röya Əliyeva
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
AzVision.az xəbər verir ki, bununla bağlı "The Lancet Digital Health" jurnalında məlumat dərc edilib.
Qeyd olunur ki, araşdırma çərçivəsində müxtəlif ölkələrdə fəaliyyət göstərən tədqiqat mərkəzlərində 500-dən çox pasiyentin MRT nəticələri təhlil edilib. Süni intellekt əsaslı modellər vasitəsilə “beyin yaşı” göstəricisi hesablanaraq, toxumaların vəziyyəti ilə pasiyentlərin faktiki yaşı müqayisə olunub.
Nəticələrə görə, zədələnmiş nahiyələrdə qocalma prosesinin sürətlənməsi müşahidə edildiyi halda, əks yarımkürədə bunun əksinə tendensiya qeydə alınıb. Bu fərq xüsusilə diqqət, planlaşdırma və hərəkət koordinasiyasına cavabdeh sahələrdə daha aydın görünüb.
Tədqiqatçılar hesab edir ki, müşahidə olunan dəyişikliklər bərpadan çox, beynin kompensasiya mexanizmləri ilə bağlıdır və sağlam sahələrin öz üzərinə əlavə funksiyalar götürməsi ilə izah olunur.
Alimlər bu proseslərin dinamikasını izləməklə daha effektiv və fərdiləşdirilmiş reabilitasiya metodlarının hazırlanmasını planlaşdırırlar.
Röya Əliyeva
Bu mövzuda digər xəbərlər:İnsultdan sonra beyin hüceyrələrini bərpa edən terapiya üsulu hazırlanıb
19 Sentyabr 2025 11:23
İnsultdan sonra demensiya niyə baş verir?
04 Noyabr 2024 18:31
İnsultdan sonra görməni necə bərpa etməli?
22 Noyabr 2025 18:24
İnsultdan sonra beyinin bəzi sahələri cavanlaşır
02 Aprel 2026 11:14
Niyə insanlar insultdan sonra tam sağalmır?
01 May 2026 11:15
Baxış sayı:84
Bu xəbər 31 Mart 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















