Icma.az
close
up
RU
İnteqrasiya və tərəfdaşlığın yeni mərhələsi

İnteqrasiya və tərəfdaşlığın yeni mərhələsi

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci il aprelin 9-da ADA Universitetində keçirilmiş və Prezident İlham Əliyevin iştirak etdiyi “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum bir daha göstərdi ki, ölkəmiz qlobal siyasi dialoqun fəal iştirakçısına çevrilməkdədir. Bu kimi mötəbər tədbirlər Azərbaycanın beynəlxalq müstəvidə siyasi və intellektual mərkəz kimi nüfuzunun artdığını nümayiş etdirir.

Forumda Prezidentin çıxışı yalnız xarici siyasət kursunun əsas istiqamətlərini deyil, həm də dəyişən beynəlxalq sistemdə ölkənin yerini və gələcəyə baxışını aydın şəkildə ortaya qoydu. Çoxqütblü dünya nizamının formalaşdığı indiki mərhələdə balanslı və milli maraqlara əsaslanan siyasətimizin nə qədər rasional və uzaqgörən olduğu bir daha təsdiqləndi.
Əsas vurğulardan biri beynəlxalq hüququn pozulmasına qarşı aparılan mübarizə və əldə edilən nailiyyətlər oldu. Xüsusilə 2020-ci ildə münaqişənin hərbi-siyasi yollarla həlli və yeni regional reallıqlar fonunda ədalət və hüquqa əsaslanan yanaşmanın davam etdirilməsi ölkəmizin müstəqil və etibarlı tərəfdaş imicini möhkəmləndirir.
Forum çərçivəsində beynəlxalq münasibətlərdə ikili standartlar, güclər arasında rəqabət, inkişaf etməkdə olan ölkələrin öz yerini tapmaq cəhdləri kimi məsələlər Prezidentin çıxışında analitik şəkildə əksini tapdı. Azərbaycanın heç bir alyansa qoşulmadan suveren və müstəqil siyasət yürütməsi bu mürəkkəb geosiyasi şəraitdə ən düzgün yol kimi dəyərləndirildi.
Prezident İlham Əliyevin Ermənistanla bağlı verdiyi mesajlar isə mövcud risklərə diqqət çəkməklə yanaşı, regional sabitliyə aparan yeganə yolun sülh müqaviləsinin imzalanmasından keçdiyini göstərdi. Dövlət başçısı Ermənistan daxilindəki revanşist meyillərin hələ də təhlükə mənbəyi olduğunu qeyd etdi və beynəlxalq ictimaiyyətə bu mövzularda açıq mesajlar verdi.
Forumun ADA Universitetində keçirilməsi təsadüfi deyil. Bu ali təhsil ocağı artıq bir neçə ildir ki, belə mühüm platformalara ev sahibliyi edir. Bu da öz növbəsində gənc beyinlərin qlobal məsələlərə dair düşüncələrini formalaşdırır və ölkəmizdə siyasi düşüncə mədəniyyətinin inkişafına töhfə verir.
“Yeni dünya nizamına doğru” forumu bir daha göstərdi ki, Azərbaycan beynəlxalq arenada təşəbbüskar, prinsipial və etibarlı aktor kimi çıxış edir. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər isə həm daxili sabitlik, həm də beynəlxalq nüfuz baxımından yeni mərhələyə keçidin əsasını təşkil edir.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri