Icma.az
close
up
RU
Regional tərəfdaşlığın yeni mərhələsi

Regional tərəfdaşlığın yeni mərhələsi

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan xalqının Lideri cənab İlham Əliyev iştirak etdiyi hər bir beynəlxalq tədbirlərdə olduğu kimi oktyabrın 10-da Düşənbədə reallaşan MDB Dövlət Başçıları Şurasının Sammitində dəölkəmizi yüksək səviyyədə təmsil etdi. Müstəqil Azərbaycanınmilli maraqlarının müdafiəsini hər zaman önə çəkən Prezident cənab İlham ƏliyevinMDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı da ölkəmizin təşəbbüslərinin təşkilat daxilində əməkdaşlığın dərinləşməsinə, humanitar əlaqələrin genişlənməsinə, həmçinin regional tərəfdaşlığın yeni mərhələyə keçidiyindən xəbər verdi.

MDB çərçivəsində dövlətlərin əməkdaşlığını siyasi müstəvidə olduğu kimi, mədəni, sosial və humanitar sferalarda strateji prioritet kimi dəyərləndirlir. Azərbaycan da öz növbəsində üzv ölkələrlə iqtisadi və mədəni sahələrdə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın ardıcıl və dinamik inkişaf etməsinə mühüm töhfələr verir.

Mötəbər tədbirdəki çıxışındaTacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdiyinə toxunanölkəmizin Prezidenti İlham Əliyev qeyd edib ki, onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.Azərbaycanın türkdilli ölkələrlə, o cümlədən Tacikistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Azərbaycan və tacik xalqı arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. 90-cı illərinin əvvəlində Ulu Öndər Heydər Əliyev və Tacikistanın hazırkı Prezidenti Emoməli Rəhmon iki ölkə arasında möhkəm təməl üzərində qurulan münasibətlərə, əlaqələrin inkişafına və ölkələr arasında dostluq münasibətlərinin qurulmasına böyük töhfə veriblər. Bu günkü ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı da məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin, hər iki ölkə rəhbərinin gərgin, səmərəli əməyinin nəticəsidir. Son illər ərzində Azərbaycanın və Tacikistanın prezidentlərinin qarşılıqlı işgüzar səfərləri hər iki ölkənin gələcək inkişaf perspektivlərinin, müxtəlif sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığın daha da yüksəlməsinə səbəb olub.Hər iki ölkənin rəhbərliyi arasında formalaşmış etimad mühiti regional sabitliyin, iqtisadi tərəfdaşlığın və dayanıqlı əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.

Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirən ölkə Prezidenti İlham Əliyev çıxışında onu da qeyd edib ki, bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.

Düşənbə çıxışında MDB məkanında əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verən dövlətimizin başçısı cənab İlham Əliyev sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə şəhərində keçirilən III MDB Oyunlarını da tədbir iştirakçılarının diqqətinə çatdırıb. MDB çərçivəsində humanitar əməkdaşlığın, dostluğun və qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edən nüfuzlu idman platformasında 13 ölkədən 1600-dən çox idmançı iştirak edib. Dahi Nizami yurdu Gəncə ilə yanaşı, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki şəhərlərində ilə keçirilən yarışlar MDB məkanında birliyin, həmrəyliyin təntənəsi oldu.

MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında səslənən fikirlər göstərdi ki, regionda qarşılıqlı anlaşma, təhlükəsizlik və iqtisadi tərəfdaşlıq üçün daha böyük addımlar atılacaq.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri