“İnter Mayami”nin baş məşqçisi: “Messi olanda, qulaq asmağa borclusan”
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“İnter Mayami”nin baş məşqçisi Kili Qonsales komandanın futbolçusu Lionel Messinin fikirlərini dinlədiyini etiraf edib.
İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, mütəxəssis belə səviyyəli futbolçunun təcrübəsinin komanda üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
“Komandanda belə səviyyəli, bir çox əla futbolçularla oynamış oyunçu olanda qulaq asırsan. Sadəcə olaraq, qulaq asmağa borclusan. Belə kalibrli oyunçuların rəyləri komanda üçün olduqca vacibdir”, – deyə Qonsales bildirib.
Cari mövsümdə 39 yaşlı Messi “İnter Mayami”nin heyətində bütün turnirlərdə 27 matç keçirib, 23 qol vurub və 14 məhsuldar ötürmə edib.
Argentinalının Amerika klubu ilə müqaviləsi 2028-ci ilin sonuna qədərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 18 Sentyabr 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















