İnternatda böyüyən 11 ci sinif şagirdi market müdirini qarət etdi
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
akıda 11-ci sinif şagirdi qarət törədib.
Hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində yerləşən supermarketdə baş verib.
Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İ.Z gecə saatlarında marketə gedərək binanın ikinci mərtəbəsinə qalxıb. Orada heç kimin olmamasından istifadə edərək müdirin otağına daxil olub. İ.Z otaqdakı seyfi açaraq oradan 1 492 manatı götürüb və hadisə yerindən qaçıb. O, oğurluq edərkən supermarketin müşahidə kamerasına düşüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən İ.Z saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalarla məlum olub ki, İ.Z uşaq vaxtlarından anası tərəfindən tərk edilib və bacısı ilə birlikdə Bakıda internat tipli xüsusi ümumtəhsil məktəbinə yerləşdirilib. Həmin məktəbin 11-ci sinif şagirdi olan İ.Z eşitmə məhdudiyyətlidir.
Faktla bağlı cinayət işinin istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə İ.Z. 1 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
///oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 13 Noyabr 2026 07:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















