Icma.az
close
up
RU
İnternetdə tanış olduğunuz qız sizi kinoya dəvət edərsə... Tələdir!

İnternetdə tanış olduğunuz qız sizi kinoya dəvət edərsə... Tələdir!

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rəqəmsal ödənişlərin və bank kartlarından istifadənin sürətlə artması maliyyə əməliyyatlarını asanlaşdırsa da, eyni zamanda dələduzluq və fişinq halları ilə bağlı riskləri də gündəmə gətirir. Xüsusilə yaşlı və texnologiyadan az istifadə edən vətəndaşlar bu cür kibertəhlükələr qarşısında daha həssas hesab olunur. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən informasiya texnologiyaları üzrə mütəxəssis Natiq Məmişov bildirib ki, bank kartları, onların nömrələri, PİN kodu, CVV kodu kimi məlumatlar tam məxfi saxlanılmalıdır.
"Həmçinin e-mail və ya telefon vasitəsilə gələn gözlənilməz sorğulara cavab verilməməlidir. Ümumiyyətlə, internet bankçılıq parolları və bu kimi məlumatlar heç bir halda başqa şəxslərə verilməməlidir. Digər vacib məsələ şübhəli linklərdir. Bəzən dələduzlar məşhur saytların eyni görünüşünü yaradırlar. Məsələn, tanışlıq platformalarında kiminsə sizə bilet linki göndərməsi və “buradan alaq, sabah kinoya gedək” kimi təkliflər etməsi mümkündür. Sayt dizayn baxımından tam eyni görünə bilər, lakin linkdə bir hərf fərqi və ya yazılış səhvi olur. Bu cür saxta saytlar vasitəsilə şəxsi məlumatlar oğurlana bilər. Buna görə də şübhəli linklərə daxil olmamaq lazımdır".
Ekspert bildirib ki, eyni zamanda, bank hesabı üzrə əməliyyatları mütəmadi olaraq yoxlamaq vacibdir. 
"Şübhəli əməliyyat aşkar edilərsə, dərhal banka məlumat verilməlidir. Hesab hərəkətlərini daim izləmək risklərin qarşısını almağa kömək edir. Güclü parollardan istifadə etmək, iki faktorlu doğrulama aktivləşdirmək və yalnız təhlükəsiz cihaz və internet şəbəkələrindən istifadə etmək də vacib təhlükəsizlik tədbirlərindəndir. Digər tərəfdən, bankların özləri də şübhəli əməliyyatları real vaxt rejimində bloklamaq imkanına malikdir. Bunun üçün süni intellekt əsaslı monitorinq modelləri, təhlükəsizlik bildirişləri və əməliyyat xəbərdarlıqları tətbiq olunur ki, bu da dələduzluq hallarının daha tez aşkarlanmasına kömək edir".
Onun sözlərinə görə, nəticə etibarilə, vətəndaşlar şəxsi məlumatlarını qorumaq, şübhəli linklərdən uzaq durmaq və hesablarını mütəmadi izləməklə riskləri azalda bilərlər. 
"Banklar isə süni intellekt əsaslı monitorinq sistemləri, çoxfaktorlu identifikasiya və maarifləndirmə proqramları tətbiq etməklə maliyyə təhlükəsizliyini daha da gücləndirə bilərlər".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Mart 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri