İnternetin sürəti niyə qəfil düşür? ƏSL SƏBƏB...
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Evdə internetin sürətinin azalmasının səbəbi zədələnmiş şəbəkə kabeli ola bilər. Maraqlıdır ki, kabel zahirən işlək görünsə də, məlumatların ötürülmə sürətini məhdudlaşdıra bilər.
Bu barədə "MakeUseOf” nəşri yazıb.
Nəşrin jurnalisti Manuviraj Qodara internet paketinin sürətini saniyədə 50 meqabitdən 150 meqabitə yüksəltsə də, sürət testlərinin nəticələri 100 meqabitdən aşağı olub. Problemi araşdıran jurnalist səbəbin köhnə internet kabeli olduğunu müəyyən edib.
Müəllifin sözlərinə görə, kabel zədələndiyi üçün məlumatları əvvəlki sürətlə ötürə bilməyib. O, Windows əməliyyat sistemində internet bağlantısının sürətini yoxlamağı da tövsiyə edib.
Bunun üçün kompüterdə "İdarəetmə paneli”nə daxil olmaq, "Şəbəkə və internet” bölməsini, daha sonra isə "Şəbəkə və paylaşım mərkəzi”ni açmaq lazımdır. Ethernet bağlantısının üzərində sağ düyməni sıxıb "Vəziyyət” bölməsinə keçdikdən sonra "Sürət” sətrində şəbəkə bağlantısının sürətini görmək mümkündür.
Jurnalist köhnə kabeli yenisi ilə əvəz etdikdən sonra marşrutlaşdırıcı ilə bağlantının sürətinin yenidən saniyədə 1 giqabitə çatdığını bildirib. Onun ehtimalına görə, kabelin daxilindəki naqillər zədələnib. Kabel dəfələrlə kreslonun təkərləri altında qalıb və qapı arasında sıxılıb.
Bununla belə, internet sürətinin məhdudlaşması təkcə kabellə əlaqəli olmaya bilər. Şəbəkə adapterinin imkanları, marşrutlaşdırıcının portu və ya bağlantıdakı digər avadanlıqlar da sürətə təsir göstərə bilər.
Qeyd edək ki, oktyabrın ortalarında "XDA” nəşrinin jurnalistləri ağıllı televizorlarda donma və ləngimələrin hər zaman internetin zəifliyi ilə bağlı olmadığını bildiriblər. Onlar Wi-Fi bağlantısını yoxlamağı və televizorun keş yaddaşını təmizləməyi tövsiyə ediblər.
///sfera///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 21 Oktyabr 2026 05:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















