Icma.az
close
up
RU
Azərbaycanda internetin sürəti qaneedicidir? TƏHLİL

Azərbaycanda internetin sürəti qaneedicidir? TƏHLİL

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda internet xidmətlərinin inkişafı son illər diqqət mərkəzindədir. Fiber-optik şəbəkənin genişləndirilməsi, modern texnologiyaların tətbiqi və bölgələrin mərhələli şəkildə yüksək sürətli internetlə təmin olunması rəqəmsal inkişafın əsas istiqamətlərindəndir. Bəs mövcud internet xidmətləri gündəlik ehtiyacları tam ödəyə bilirmi və inkişaf üçün hansı addımlar atılmalıdır?

İKT üzrə mütəxəssis Elvin Abbasov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda internetin sürəti son illərdə nəzərəçarpacaq dərəcədə yaxşılaşıb və qaneedici səviyyəyə yaxınlaşır:

"Xüsusilə “Onlayn Azərbaycan” layihəsi çərçivəsində aparılan genişzolaqlı infrastrukturun yenilənməsi nəticəsində ölkə üzrə orta sürətin 84,82 Mbit/s-dən yuxarı olması rəqəmsal xidmətlərin inkişafına real töhfə verir. Fiber-optik şəbəkənin əhatə dairəsinin sürətlə genişlənməsi həm ev istifadəçilərinin, həm də biznes sektorunun təcrübəsini əhəmiyyətli şəkildə yaxşılaşdırıb".

Fotoda: Elvin Abbasov

Ekspert interneti daha da sürətləndirmə üsullarından bəhs edib:

"Daha yüksək sürətlərə nail olmaq üçün əsas istiqamətlər infrastrukturun tam fiberə keçidi, son mil seqmentində modernizasiyanın yekunlaşdırılması və regionlarda fiber-optik xətlərinin daha geniş yayılmasıdır. Eyni zamanda provayderlər arasında rəqabətin güclənməsi, beynəlxalq trafik tutumunun artırılması və məzmunun ölkə daxilində yerləşdirilməsi (CDN infrastrukturu) gecikməni minimuma endirən vacib amillərdir. Bu addımlar atıldıqca, ölkədə həm sabit internetin, həm də mobil şəbəkələrin sürəti və stabil fəaliyyəti daha da yüksələcək".

Kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə isə açıqlamasında bildirib ki, Azərbaycanda internetin sürəti son illər artsa da, mövcud reallıq və istifadəçi tələbləri fonunda hələ də tam qaneedici sayılmır:

"Xüsusilə böyük şəhərlərlə bölgələr arasında həm sürət, həm də keyfiyyət baxımından nəzərəçarpan fərqlər qalmaqdadır. Rəqəmsal xidmətlərin, videokonfransların, bulud texnologiyalarının və onlayn biznes fəaliyyətinin sürətlə inkişaf etdiyi bir dövrdə daha stabil və yüksək sürətli internet bağlantısı strateji əhəmiyyət daşıyır".

Ə.Mövsümzadənin sözlərinə görə, ölkədə daha sürətli və təhlükəsiz internet üçün bir sıra təkmilləşdirmələrə ehtiyac var:

"Fiberoptik infrastrukturun genişləndirilməsi, xüsusilə bölgələrdə köhnə mis xətlərin tam şəkildə fiberlə əvəzlənməsi, həm sürəti, həm də şəbəkənin stabilliyini artıracaq əsas addımlardandır. Bununla yanaşı, “backbone” şəbəkələrinin modernləşdirilməsi, yəni mərkəzi marşrutlar və beynəlxalq çıxış kanallarının genişləndirilməsi sıxlıq zamanı yüklənmələrin qarşısını almağa imkan verə bilər. Məlumat mübadiləsi mərkəzlərinin inkişaf etdirilməsi də vacibdir. Lokal trafikin ölkə daxilində yönləndirilməsi həm gecikməni azaldır, həm də xarici kanallara düşən yükü yüngülləşdirir. Provayderlərin avadanlıqlarının yenilənməsi məsələsi də gündəmdədir. Köhnə DSL xətləri və zəif router infrastrukturu yüksək sürətin təmin edilməsinə mane olur. Buna görə müasir GPON və XGS-PON texnologiyalarına keçid vacib hesab olunur. 5G və regionlarda mikro-hüceyrə şəbəkələrinin qurulması isə mobil internetin həm sürətini, həm də dayanıqlığını ciddi şəkildə artıracaq inkişaf istiqamətlərindəndir".

Fotoda: Əmrah Mövsümzadə

Mütəxəssis qeyd edib ki, bütün bunlarla yanaşı, kiber təhlükəsizliyin gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır:

"Sadəcə sürətli internet kifayət etmir – DDOS hücumlarına qarşı müdafiə, təhlükəsiz marşrutlaşdırma və insidentlərə operativ reaksiya kimi mexanizmlər paralel şəkildə inkişaf etdirilməlidir. Ümumilikdə, ölkədə rəqəmsal ekosistemin genişlənməsi üçün həm sürət, həm də təhlükəsizlik istiqamətində kompleks modernləşdirmə tələb olunur. İnfrastruktur yenilənməsi davam edərsə, yaxın illərdə internet sürətində daha ciddi irəliləyişlər müşahidə edilə bilər".

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Noyabr 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri