İntizam komissiyasının sədri və müavinləri seçilib
Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Səsvermə nəticəsində deputat Eldar İbrahimov komissiyanın sədri seçilib
Fevralın 2-də VII çağırış Milli Məclisin yaz sessiyasında yenidən formalaşdırılmış İntizam komissiyasının ilk iclası keçirilib. AYNA.AZ xəbər verir ki, iclasa sədrlik edən komissiya üzvü Hikmət Məmmədov komissiyanın sədri vəzifəsinə deputat Eldar İbrahimovun namizədliyini irəli sürüb.
Səsvermə nəticəsində deputat Eldar İbrahimov komissiyanın sədri seçilib. Komissiya sədrinin təklifinə əsasən, Asim Mollazadə sədr müavini, Kamal Cəfərov isə komissiyanın katibi seçiliblər.
Tədbirdə çıxış edən Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov yenidən ona göstərilən etimada görə təşəkkürünü bildirib və komissiya üzvlərinə uğurlar arzulayıb.
İclasda komissiya üzvləri Nizami Səfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Nəsib Məhəməliyev, Məşhur Məmmədov və Kamaləddin Qafarov iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 02 Fevral 2026 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















