Icma.az
close
up
RU
İNTRİQA USTASI, ŞANTAJÇI, XAİN...

İNTRİQA USTASI, ŞANTAJÇI, XAİN...

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nurəddin İSMAYIL

“Beşinci kolon”un başda duran personası, sinəsini xidmət etdiyi ölkənin orden-medalları bəzəyən Ramiz Ənvəroviçin başı dərddə.

Gen dünyanı millətin başına dar edəni, gen dünyadan məhrub edib, ev dustağına çevirdilər. Üzü nursuz, zəkadan qısır, akademik adına üz qarası, intriqa ustası, şantajçı, bir sözlə, dövlət ərkanına qara ləkə olan bu adam bütün siyasi fəaliyyəti dövründə şər maşınının aktivisti, icraçı direktoru rolunda çıxış etdi.

Heç bir dövrün zəhmətini çəkməyən, ortada yeyib qıraqda gəzən bu adam, bütün dövrlərin siyasi karyerasından, iqtisadi imtiyazlarından qədərincə bəhrələndi. Hər zaman işıqlığa, işıqlı insanlara, milli ruhun, düşüncənin daşıyıcılarına qənim kəsildi. Çevrəsində olanlara bir cür, çevrəsindən kənardakılara başqa cür tələ qurdu. Sanki iblisanə bir qüvvə bunu çocuqluğundan himayəsinə götürmüş və şər icraçısı kimi görəvləndirmişdir.

Milli birliyə, həmrəyliyə ehtiyac duyulduğu vaxtlarda səksəkə keçirdi, klançı, traybalist xisləti onu milliliyin inkarına durdurdu. Rusiya mətbəxinin qırıntıları ilə qarın otarmağın bədəli, ölənədək Rusiyaya nökərçilik etməyin sədaqət andı ilə ödəndi. Adam bir gün də olsun andını pozmadı. Üzdə dövlətçilikdən, milli-mənəvi dəyərlərdən danışıb, arxada Rusiya qarşısında üzərinə götürdüyü öhdəlikləri can-başla yerinə yetirdi. Bu dərsin əlaçısı olmaqdan fəxr duydu. Müstəqillik dövrünün iştirakçıları, sovet idarəçiliyinin ən yüksək pilləsinə qədər ucalan mərhum H.Əliyevin xalq hərəkatına, onun daşıyıcılarının müstəmləkə əleyhinə apardığı mübarizəyə dəyər verdiyinin, cümhuriyyət qurucularının tarixi rolunu yüksək qiymətləndirdiyinin, mətbuat üzərindən senzuranı götürdüyünü, həlledici məqamlarda müxalifət cameəsini müzakirələrə dəvət etdiyinin canlı şahidi olub. Zatən bu düşüncədən məhrum olan R. Ənvəroviç özünün kommunist keçmişindən özgə bir dəyər tanımadı, istiqlalçılığı qəbul etmədi və seçkilər üzərində, azad mətbuat üzərində ən böyük senzora çevrildi. Hakimiyyətin yanlışlığını ifadə edən hər jurnalist yazısı bəslədiyi qulbeçələri tərəfindən onun xoflu kabinetinə daşındı.

Bələdiyyədən tutmuş, parlament seçkilərinə qədər hər bir iştirakçının haqqında olan məlumat onun şər sağanaklı süzgəcindən keçirildi. Adam intriqa ustası idi. Nazirlikləri, komitələri bir-birinə saldırır, başında duranların birindən digəri haqda kompramat toplayır, kompramat dolu qovluqları qoltuğuna vurub, dövlətə, dövlət başçısına təhlükə var deyə, vaveyla sala-sala özünü Prezidentin yanına salırmış. Növbəti gediş müxalifətdən gələn “təhlükə”ni neytrallaşdırmaq üçün tədbirlər planı hazırlamaq, müxalifət cəbhəsini parçalamaq üçün Prezidentin xeyir-duasını almaqla yekunlaşırdı. Dövləti idarə etməni özündə ehtiva edən idarəçilik anlayışı onun nəzərində, sovet dövründən qalma və heç bir yaradıcı düşüncəyə, təşəbbüsə yer qoymayan, hazır reseptlərə istinad edilən idarəetmə anlamına gəldiyinə görə o, bacarıqlı, qabiliyyətli, dövlətə, dövlətçiliyə bağlı kadrları sıradan çıxarır və şəxsi göstərişlərini, rüşvət, korrupsiya tələblərini itaətlə yerinə yetirən kadrları ətrafına toplayırdı.

Adam ömrünün qürub çağında da olanlardan, ona qarşı münasibətin dəyişilməsindən nəticə çıxara bilmədi. Şöhrətpərəstlik, hakimiyyət hərisliyi, boyuna, çəkisinə uyğun gəlməyən siyasi hikkə bu kabinet düşkününü dinc buraxmadı və ona elan edilən ağır cinayətlər üzrə ev dustağına çevrildi. Nə layiq olmadığı yüksək vəzifələr, nə əldə etdiyi milyardlar, daşınmaz əmlaklar, nə kəsdiyi başlar onu doydurdu.

Səksən yeddi yaşında ona hər cür şöhrəti yaşadan, tükənməz sərvət sahibi edən bir hakimiyyəti zorla ələ keçirmək hansı ağılın məhsuludur, anlamaq olmur. Hakimiyyəti zorla ələ keçirmək tək adamın işi deyil, demək adamın daxildə onun yenidən hakimiyyətə gəlişinə inananları, ona dəstək verənləri olduğu kimi, xaricdən, daha doğrusu uzun illər xidmət göstərdiyi rus kəşfiyyatından da gözləntiləri varmış. 

Maşallah olsun, hər cür iqlim qurşağına malik münbit torpağımız, hər yad ölkəyə canla, başla xidmət edən, sərvətə, şöhrətə görə vətəninini satan xainlər də yetişdirərmiş...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Oktyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see401

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see359

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see353

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see343

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see296

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see287

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see282

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see272

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see262

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see255

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see248

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see247

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see242

Süni intellektlə beyin əməliyyatı: Dünyada ilk uğur

28 Avqust 2026 22:43see233

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see221

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see219

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see217

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see207

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see206

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri